Şou-biznes

Zaurla Hüseynin efirdəki davası ssenari imiş - VİDEO

19 Fevral 2025 06:19
Baxış: 1 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Zaur Kamal illər əvvəl "Həmin Zaur" verilişində klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə arasında yaşanan mübahisənin ssenari olduğunu etiraf edib.

Milli.Az xəbər verir ki, bu barədə o, öz proqramında məlumat verib:

"Bir gün Hüseynin toyu var idi. "Həmin Zaur"da efirdən getməli idi. Bizim ssenaristimiz Fariz Əliyev dedi ki, Hüseynlə aranı qızışdır, dalaşsın və efiri tərk etsin. Mən də razılaşdım ki, Hüseyn toya getsin. Yalandan bir söz dedim, klarnetini yığıb getdi. Səhəri gün məni kim görürdüsə, söyürdü.  O hadisədən sonra Hüseyn məni bir mövsüm idarə edib. Bütün musiqiçilərin pulunu öz cibindən verib. Amma Hüseynə ürək də qurbandır. Qəlbi təmiz insandır. Hər yerdə demişəm ki, mənə bir mövsüm kömək edib". (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.