Şou-biznes

“Avroviziya 2025” təmsilçimiz bəlli oldu - FOTO

4 Fevral 2025 20:25
Baxış: 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrənin Bazel şəhərində keçiriləcək "Avroviziya 2025" musiqi yarışmasında Azərbaycanı "Mamagama" qrupu təmsil edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurov məlumat verib.

Bildirilib ki, qrup rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır.

"Mamagama" 2021-ci ildə yaradılıb. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən "Kënga Magjike" beynəlxalq musiqi festivalında uğur qazanıb.

"Mamagama" 3 nəfərdən ibarətdir:

Asəf - Frontmen və əsas vokalçı,

Hass - Gitara ifaçısı,

Arif - Zərb alətləri.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.