Şou-biznes

Məleykə Əsədova Çimnaz haqda: “Düzü, çox pis oldum, rejissor çox nahaq elə deyir…”

17 Yanvar 2025 23:48
Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 15-də vəfat edən aktrisa Çimnaz Sultanovanın dəfninə həmkarlarının qatılmaması diqqət çəkib. Əsasən də vaxtilə çəkildiyi "Vicdan haqqı" serialının rejissoru Rövşən İsax və yaradıcı heyətin əksəriyyətinin orada olmaması müzakirələrə səbəb olub. Bundan başqa, adıçəkilən rejissor "o cür qadının dəfninə" getməyi, orada görünməyi "özünə yaraşdırmadığını" deyib.

Sitat: "Sosial şəbəkələrdə elə şeylər paylaşan bir insanın dəfnində mənim görünməyim nə dərəcədə düzgündür? Mənim evdə iki övladım böyüyür".

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan Xalq artisti Məleykə Əsədova bu cür yanaşmanın yanlış olduğunu bildirib:

"Düzü, çox pis oldum. Rejissor çox nahaq elə deyir. Mən məsələyə bu cür yanaşa bilmirəm. Hamımız haqq yolundayıq, hamımızın da sonu o dünyadır. Açığı, Çimnaz Sultanova ilə yaxınlığım yox idi. Ölümündən də, dəfnindən də gec xəbər tutdum. İnanın ki, yoxsa dəfnində iştirak edərdim. Hər birimiz gec-tez dünyadan köçəcəyik. Cavan xanım idi. Çox pis oldum. Allah o dünyasını versin".

Qeyd edək ki, aktrisa Ç.Sultanova 45 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.

O, 15 yanvar 1980-ci ildə Bakıda anadan olub. "Vicdan haqqı", "Sənə inanıram", "Bayram axşamı" kimi bir sıra serial və filmlərdə rol alıb.

Həmçinin Almaniyada Beynəlxalq iqtisadi əlaqələr fakültəsindən məzun olub. Dram dərnəyində aktyorluq sənəti üzrə və eyni zamanda vokal üzrə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.