Narinə mahnı həsr etdi, tənqid olundu - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyəli tanınmış müğənni Hadise Yeni illə bağlı iştirak etdiyi tədbirdə mahnılarından birini ötən il Diyarbəkirdə qətlə yetirilən 8 yaşlı Narin Gürana ithaf edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni azyaşlının qətlinə diqqət çəkmək üçün "Sıfır Tolerans" adlı mahnısını səsləndirib.
Lakin Hadisenin bu addımı sosial mediada narazılığa və müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri müğənninin azyaşlının qətli ilə bağlı sevgiyə aid mahnı seçməsini uyğunsuz hesab ediblər və onu tənqid atəşinə tutublar.
Hadise isə öz növbəsində tənqidlərə münasibət bildirərək hər hansı səhv addım atmadığını qeyd edib: "Çox məyus olduğumu bildirmək istəyirəm. Uzun müddətdir, konsertlərimdə Narin kimi qızlarımızı unutmamaq üçün çıxışlar edirəm. Mən nəyi, harada, necə demək lazım olduğunu çox yaxşı bilən qadınam. Buna görə də səhv addım atdığımı düşünmürəm".
Xatırladaq ki, ötən il avqustun 21-də Diyarbəkirin Bağlar rayonunun Tavşantəpə məhəlləsində itkin düşən Narin Güranın cansız cəsədi sentyabrın 8-də Əgərtutmaz çayında tapılıb.
Diyarbəkir Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində saxlanılan 23 şübhəlinin içində uşağın anası Yüksəl Güran, böyük qardaşı Enes Güran, əmisi Səlim Güran və qonşuları Nevzat Bəxtiyarın da olduğu 12 nəfər həbs edilmişdi. Dekabrın sonu isə azyaşlının anası, qardaşı və əmisi ayrı-ayrılıqda ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





