Şou-biznes

"Oğlum deyir ki, xoşbəxt deyiləm, nə üçün yaşamalıyam?" - VİDEO

30 Dekabr 2024 12:37
Baxış: 1 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nəfəs "Tarixi bir günü" verilişinin qonağı olub.

Milli.Az xəbər verir ki, sənətçi səhhətində problem yaranan oğlu barədə danışıb.

Narahatlıqlarını dilə gətirən müğənni övladının yaşadığı psixoloji çətinliklər barədə bunları deyib:

"Böyük oğlumla bağlı problem yaşayıram. Psixoloji problemləri yaranıb. Onun xəstəliyi ilə bağlı efirlərdə danışılanlar travma yaşamasına gətirib çıxardı. Ancaq bunları deyir ki, yaxşı deyiləm, heç bir şeydən müsbət enerji ala bilmirəm, xoşbəxt deyiləm. Niyə oxumalıyam, nə üçün yaşamalıyam?

Hətta oğlumun məktəbindən belə bununla bağlı çağırdılar, danışdıq. Təhlükəli düşüncələrdir. Bu barədə çox danışmaq istəmirəm, yenə eşidər".

Musa 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.