Şou-biznes

Fərqanə Qasımovanı aldadıb 400 manatını aldılar

24 Dekabr 2024 15:33
Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Fərqanə Qasımovanın başına iş gəlib.

Milli.Az xəbər verir ki, dələduzların qurbanı olan xanəndə bu barədə sosial media hesabında paylaşım edib.

Müğənni bildirib ki, dələduzlar rəfiqəsinin adından istifadə edərək ondan 400 manat pul alıblar:

"Ən yaxın rəfiqəmdən mənə zəng gəldi. Nömrə başqa idi, amma onun profili və adı eyni idi. Zəngdən sonra mesaj gəldi. Mesajda "Fərqanə xanım, bankdayam. Pul köçürdürəm, amma filan məbləğ çatmır" sözləri yazılmışdı. Nədənsə şübhələnmədim, çünki  həmin rəfiqəmin şəklini gördüm. O elə bir mədəni insandır ki, başqa heç bir şey ağlıma gəlmədi. Həmin çatmayan məbləği göndərdim. Üstündən bir neçə dəqiqə keçəndən sonra mesaj gəldi. Mesajda "Birdəfəlik iki aylıq ödəyirəm. Qurban olum, mənə 2 aylıq, yəni 400 manat göndərin ki, ödəyim və işə gedən kimi sizin pulunuzu karta göndərim" sözlərini yazmışdı. Cavab verdim ki, heç narahat olmayın. Sizə qurbandır!. Sən demə, dələduzlar imiş. Mənim 400 manatımı oturduğum yerdə aldılar. Allah onların cəzalarını verəcək. Amma ehtiyatlı olmaq lazımdır".

Xatırladaq ki, daha əvvəl rəqqasə Rəna Ağamuradova (Renka), aparıcı Mətanət Əliverdiyeva, İlkin Həsəni, aktrisa Pərvin Abıyevanın da adından dələduzluq halları olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.