Şou-biznes

Sibel Can bu şəxsin ailəsinə 8 milyon bağışladı - FOTO

18 Dekabr 2024 00:16
Baxış: 1 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sibel Canın 12 il köməkçisi olmuş Cengizhan Sabuncu bir müddət əvvəl qaraciyər xərçəngindən dünyasını dəyişib.

Milli.Az türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni dünyasını dəyişən dostunun ailəsinə 8 milyon TL bağışlayıb.

Mövzu ilə bağlı açıqlama verən jurnalist Müge Dağıstanlı "Sibel Can bunun çox danışılmasını istəmir. Cengizhan onun 30 illik dostu idi... Müğənninin geyim, buna bənzər şeylər kimi xərcləri çoxdur. O, xərclərinin bir hissəsini öz seyfi kimi güvəndiyi Cengizhana əmanət edirdi, Cengizhan vəfat etdikdən sonra ailəsi Sibel Canla əlaqə saxlayıb və ödənişlərdən 8 milyon tl qaldığını bildirib. Sibel Can isə həmin pulu geri götürməyib" sözlərini deyib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.