Məşhur sənətçi Hülya Avşar "YouTube" platformasında izləyicilərinin suallarına verdiyi səmimi cavablarla diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, Avşar son zamanlar proqramına qonaq olan məşhurlara verdiyi qeyri-adi suallarla tənqid olunsa da, bu dəfə cəsarətli suallara özünəməxsus yumorla cavab verib.
Proqram zamanı izləyicilərdən biri ona "Axırıncı dəfə kimsə ilə nə vaxt yaxınlığınız olub?" sualını ünvanlayıb. Hülya Avşar isə suala zarafat dolu bir cavabla reaksiya verib: "Eramızdan əvvəl. Görəsən, o adam xatırlayırsa, ondan soruşa bilərik? Bu, zarafat deyil, həqiqətən də çox uzun zamandır."
Söhbətinə davam edən sənətçi, "Yəqin ki, 10 il olub, bəlkə də 10 ildən çox" deyərək təəccübləndirib.
Avşar, həmçinin evliliklə bağlı verilən suala verdiyi cavabla da gündəmə gəlib. "Yenidən evlənməyim üçün bir səbəb yoxdur. Övladım var. Niyə evlənim? Hər gün yataqda biri ilə yatmaq üçün? Bu da elə rahat bir şey deyil. Əgər evli olsaydım, yataqları ayırmışdım. O qədər azadam ki, evlənməyim normal deyil. Bu dediklərimin fərqindəyəm, amma flört etmək belə mənə çətin gəlir," - deyə o bildirib.
Hülya Avşarın bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İsmayıl
Milli.Az