"Cavan idim, dözürdüm - İndi bədənim götürmür"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"30 ildir eyni evdə yaşayıram. 15 kvadratmeterlik yarızirzəmidir. Nəinki paltarlarıma nəm iyi hopub, hətta görürəm ki, öskürürəm. Səhərə qədər yatmaq olmur".
Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Həftənin qonağı" verilişində deyib. Aktyor səhhətində yaranan problemlərin yaşadığı evdəki şəraitsizliklə əlaqədar olduğunu deyib:
"Cavan idim, dözürdüm. İndi bədənim götürmür. Ömrümə nə qalıb ki? 1 il, 2 il, 5 il. Bir az pulum olardı, 1-2 otaqlı ev götürüb yaşayardım ki, nəm olmasın. Bu evdən canım qurtaraydı".
R.Rəhmanov ikinci həyat yoldaşı Gülbikə xanımla necə tanış olmasından danışıb:
"7 otaqlı evim var idi. Birinci həyat yoldaşımdan boşanandan 5 gün sonra təsadüfən ikinci xanımımla rastlaşdım. Dostumgilə getmişdim. Süfrədə bizə qulluq edirdi. Söz vermişdim ki, qabağıma ilk kim çıxsa, onunla da evlənəcəyəm. Həmin vaxt yox, indi aşiqəm ona. Çünki 30 ildir məni o yaşadır. Məni uşaq kimi saxlayır. Evdə arxamca gəzir".
Aktyor boşanmaq üçün məhkəməyə birinci həyat yoldaşı Ulduz Əhmədovanın müraciət etdiyini deyib:
"Bir qadın bir kişi ilə yaşamaq istəmirsə, buna məcbur deyil. O istəmədi, boşandı. Məhkəmə var, 10 il sonra da araşdırılsa, görüncək ki, boşanmaq üçün o müraciət edib".
Əməkdar artist ilk xanımının haqqında səsləndirdiyi "Xəstə idim, qoyub getdi. Boşanmazdan əvvəl də o xanımla görüşürdü" iddialarına aydınlıq gətirib:
"Yox, bu böyüklükdə yalan olar? Mən evdən çıxanda and içmişdim ki, kim ilk rastıma çıxsa, uyğun olsa, onunla da evlənəcəyəm. Hansı səbəbdən boşandığını o bilir. Bir evdə yaşayırdıq. Birdən bildim ki, boşanmaq istəyir. Dedim, əcəb etmisən, gedək, qol çəkim. İlk həyat yoldaşım məni sevsəydi, niyə məndən boşanırdı?".
Qeyd edək ki, R.Rəhmanov iki dəfə ailə həyatı qurub. Əməkdar artistin birinci evlilikdən iki övladı var. Aktyorun böyük oğlu Emil Rəhmanov müğənni olub. O, 2023-cü ildə sentyabrın 19-da dünyasını dəyişib. /Axşam.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





