Cənubi Koreyalı K-drama aktyoru Qonq Jae-rimin evində ölü tapılıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşında dünyasını dəyişən aktyorun meyitini onun mənzilinə nahar etməyə gələn dostu aşkar edib.
Hələlik ölüm səbəbi bəlli olmayan aktyorun noyabrın 14-də son səfərinə yola salınacağı bildirilib.
Sonqun ailəsi verdiyi açıqlamada Seulda kiçik bir dəfn mərasimi keçirəcəklərini bildirib.
Fidan
Milli.Az