“Bilsəydim, çoxdan boşanardım”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Həmin anda mənim üçün faciə görünən pis hadisələri illər keçdikcə deyirəm ki, nə yaxşı olub. Bunlar olmasaydı, bu yaşıma qədər hələ də yuxuda olardım. Arada yaxın dostlarım, tanışlarım deyirlər ki, Lalə, nə qəşəngləşmisən. Deyirəm ki, hə, bilsəydim, çoxdan boşanardım".
Milli.Az xəbər verir ki, bu sözləri jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində Əməkdar artist Lalə Məmmədova deyib. O, şəxsi həyatı ilə bağlı açıqlamalar verib:
"İki övladıma görə heç nəyə peşman deyiləm. Onu da yaşamalıydım ki, bu övladlarım olsun. Bəlkə başqası ilə evlənsəm, bu uşaqlarım olmayacaqdı. Hər halda dünyaya gələn hər kim olsa, mənim parçamdır, onları sevəcəkdim. Lakin indi böyüyən uşaqlarımı görürəm, deyirəm, nə yaxşı ki, onlar var. Bir film var, orada obraz həyat yoldaşına gözəl söz deyir. Söyləyir ki, əvvəllər sənin ananı günahlandırırdım, düşünürdüm ki, o, bizə imkan vermədi. Sonra mən bütün uğurlara imza atırdım ki, sən bunları görüb, necə bir xanım itirdiyinə peşman olasan, bu anı o qədər gözləyirdim ki, rastlaşacağıq, qarşıma çıxacaqsan, mən sənə bu sözləri deyəcəyəm. Sonra xanım deyir ki, bax, indi qarşımdasan, amma deməyə heç bir sözüm yoxdur. İllər keçəndən sonra anladım, ona da içimdə təşəkkür etdim ki, nə yaxşı boşanma qərarı vermişdi.
Sözsüz ki, təbiət verdiyini geri alır. Əvvəllər düşünürdüm ki, vacib olan insanların bioloji yox, ruhlarının və düşüncələrinin bir tərəzidə uyğun gəlməsidir. Amma zaman keçdikcə görürsən ki... Düzdür, boşanmağımıza bu səbəb olmayıb, lakin bəlkə on il də artıq birgə yaşasaq, bu fərqi görərdik. Öz övladlarımın heç vaxt o yaş fərqi ilə ailə qurmağını istəmərəm. İstər-istəməz özünü göstərir ki, ayrı-ayrı nəsillərdir. Məsələn, uşaqların arasında 8 yaş fərq var. Görürəm ki, böyük qızım fərqlidir, kiçik qızım da başqa cür fərqlidir. Halbuki 20-30 yaş yoxdur aralarında. Lakin o 8 il də özünü göstərir. Çoxları deyir ki, qadın sevəndə gözəlləşir. Mən ona bir əlavə olaraq deyərdim ki, əgər qadın sevərək gözəlləşməsinin bədəlini ağır ödəmirsə, gözəlləşsin. Əgər bu gözəlləşməyin sonunda çöküş, uçurum, dağın başından aşağı enmək varsa, yerində qalsın, heç gözəlləşməsin. Qadın sabahı üçün rahatdırsa, güvənlidirsə, onda gözəlləşir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xalq artisti tanınmaz halda - (Foto)
-
Türkiyəli aparıcı: “Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam” - (Foto)
-
“Məni həyatda görənlər 19 yaş verir”
-
“Anamı itirmək məni daha çox yandırdı, hər gecə yadıma düşürlər" - (Video)
-
İlahə İbadova: “O sözü deməklə ilk növbədə özünü alçaldırsan” - (Video)
-
Mədinə İsroilova məhkəməyə verildi - (Foto)
XƏBƏR LENTİ
-
Türkiyədə helikopter qəzası baş verdi
-
Estoniyanın keçmiş Baş naziri Siim Kallas vəfat edib
-
Sumqayıtda ev yanır
-
İngiltərə millisinin oyunçusu "İnter"də!
-
Tehran Qətərdə saxlanılan pilotların təxliyəsini istəyir
-
Qadın nəhəng ayı ilə üz-üzə qaldı: Ağzına zərbə vurub xilas oldu - (Foto)
-
Harri Keyn 85 milyonluq təklifə "ağız büzdü"
-
Xaricdə təhsil adı altında dələduzluq halları artır: nələrə diqqət edilməlidir?
-
Böyük Avropa savaşı Almaniyada olacaq
-
İxtisas seçimi edən minlərlə abituriyent qəbul ola bilməyəcək
-
Xalq artisti tanınmaz halda - (Foto)
-
Tesla Çində 3 milyona yaxın avtomobili geri çağırır
-
Türkiyəli aparıcı: “Hər səhər 6 yumurta yeyirəm, 54 kiloyam” - (Foto)
-
Uber Niderlandda 825 milyon avro cərimələndi
-
Boks üzrə keçmiş dünya çempionu öldürüldü
-
“Məni həyatda görənlər 19 yaş verir”
-
Azərbaycan vətəndaşı Kamçatkada çarəsiz qaldı:"Yol dağıldı,1 günlük ərzağımız qalıb" - (Foto)
-
"Mercedes"lə "BYD"nin iştirakı ilə ağır qəza: Ölən və yaralılar var - (Video)
-
Medinanın klubu 109 oyundur uduzmur
-
Kəlbəcər–Laçın yolundan yeni görüntülər: Məsafə 31,98 kilometr qısalacaq - (Video)
-
“Anamı itirmək məni daha çox yandırdı, hər gecə yadıma düşürlər" - (Video)
-
"TikTok" ABŞ-yə 400 milyon dollar ödəyəcək
-
Bu avtobusun hərəkət istiqaməti dəyişdirilir
-
İlahə İbadova: “O sözü deməklə ilk növbədə özünü alçaldırsan” - (Video)





