“Daşlı qala” mahnısı qalmaqal yaratdı - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Niyamməddin Musayevlə keçmiş "Lalə" qızlar ansamblının yaradıcısı, tarzən, Xalq artisti Ceyran Haşımova arasında mübahisə yaşanıb.
Milli.Az olay-a istinadən bildirir ki, buna səbəb dillərdə əzbər "Daşlı qala" mahnısı olub.
Bəstənin ilə bağlı "Bir mahnının tarixçəsi" verilişi araşdırma aparıb.
Həmin proqrama müsahibə verən N.Musayev iddia edib ki, sözügedən bəstəni ilk olaraq o ifa edib:
"Bu "Daşlı qala" mahnısını İmişlidə də toylarda oxuyurdum. Sonra Bakıya gəldim, Filarmoniyada konsertlərdə, televiziyada da oxuyurdum. Hacı Məmmədovun, Həbib Bayramovun, Əhməd Bakıxanovun ansamblı çalırdı məndə bu nəğməni oxuyurdum. Amma bu bəstə Xalq mahnısı kimi qələmə verilirdi".
Verilişdə "Daşlı qala" mahnının əhvalatı ilə bağlı daha bir əhvalatın olduğu bildirilib. Belə ki, 1964 - cü ildə Asəf Zeynallı adına musiqi texnikumuna gənc müəllim Cehran Haşımova ətrafına tələbə xanımları toplayaraq bir ansaml yaradır. Solistlər də elə kollecin tələbələri və bu ansamblında adını tutub gələn istedadlı gənc xanımlar idi. 1969-cu ildə "Lalə" qızlar ansamblına Sevil Muradova adlı gənc bir tibb bacısı yaxınlaşır. Əslən axıska türkü olan bu xanım özü ilə ilk sınaq günü seçimlərə axıska folklyoru gətirir. O mahnıların sırasında "Daşlı qala" adlı bu nəğmə də vardı.
C. Haşımova isə sözügedən mahnının onun ansamblında oxuyan müğənni Sevil Muradovaya məxsus olduğunu dilə gətirib:
"Sevil bizə bir neçə mahnı gətirdi ki, bəs Ceyran xanım belə mahnılar var və onları heç kim oxumayıb. Bu nəğmələr ifa olunmadığına görə də yaddan çıxıb. Bu mahnılardan biri də "Daşlı qala"dır. Gürcü, rus və azərbaycan dilində oxuyurdu. Mahnı çox xoşuma gəldi. O da mənə dedi ki, bu nəğməni Türkiyədə çox oxumuşdum".
Musayevin "Bu mahnını birinci mən ifa etmişəm" fikirlərinə Haşımova etiraz edib:
"Bu mahnını heç zaman Niyamməddin Musayevin ifasında eşitməmişəm. Eşitsəydim deyərdim ki, bu nəğməni ilk dəfə ondan eşitmişik. Bu mahnını daha əvvəl söylədiyim kimi müğənni Sevil Muradovadan eşitmişik. Mənim "Lalə" ansamblımın solistindən. O dövrdə niyə axı Niyamməddin Musayev bizə yaxınlaşıb bir dəfə də olsun demədi ki, Ceyran xanım siz elan edəndə niyə demirsiniz ki, bu mahnının bəstəkarı bu şəxsdir. Biz mahnını elan edəndə hər zaman bəstəkarında adını çəkirik".
Tarzənin bu sözlərinə cavab olaraq müğənni belə reaksiya verib:
"Filarmoniyada çalışırdıq "Lalə" qızlar ansamblıda orda idi, onlarda mənim bu mahnımı oxuduğumu eşidirdilər. Elə - belə oxumaqla da bu mahnı yayılırdı. Bayatılar da elədir. Hərə bir bayatını qoyub, oxuyur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi





