ABŞ səfirliyi Damlanın vizasını ləğv etdi - SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"O afişalar nazirliyin email ünvanına göndərildi, bundan sonra ABŞ səfirliyi vizamı ləğv etdi, bunu edən axı nə qazanır?"
Milli.Az xəbər verir ki, bu sözləri müğənni Damla "ARB"də yayımlanan "Günə bax" verilişində deyib.
O, Amerikada təhsil alan oğlu İbrahimi bu səbəbdən 10 aydır ki, görə bilmədiyini deyib: "Amerikada yaşayan həmyerlilərimiz qərar alıblar ki, Novruz bayramı ərəfəsində konsert keçirsinlər. Mən həm oğlum İbrahimin yanına gəlim, həm də konsertlərdə çıxış edim. Dedim ki, hələ ki vizam yoxdur, amma yaxın günlərdə bununla bağlı səfirliyə müraciət edəcəyəm. Dedilər ki, çalışın bu məsələni tezləşdirin. Vizamı aldım, ancaq onlara dedim ki, mən ora tək gəlib, konsert verə bilmərəm, bu, mümkünsüzdür. Onlar səbrsizlik etdilər və mənə deməmiş konsertin afişasını hazırladılar və biletləri satışa çıxartdılar. Halbuki mən onlarla razılaşmamışdım".
Müğənni bildirib ki, vizası olduğu halda, onu yenidən səfirlikdən çağırıblar: "Artıq pasportumda vizamın möhürü vardı. Yaxınlaşan kimi səfirlik mənə konsertin afişalarını göstərdi və dedi ki, bəs, siz deyirsiniz ki, mən oğlumu görməyə gedirəm, amma siz bizi aldadırsınız və oraya konsert verməyə gedirsiniz. Onlara dəfələrlə izah etdim ki, Amerikaya övladımı görməyə gedirəm. Oğlum İbrahim orada təhsil alır. O afişaları nazirliyə göndərənin qazandığı sadəcə bir ananın ahıdır...
O, qeyd edib ki, bu hadisələrdən sonra viza üçün ikinci dəfə də müraciət etsə də, yenə eyni halla qarşılaşıb: "Səfirlikdə xanımla üz-üzə dayanmışıq. Mənə etinasız və soyuq davranış göstərdi, sanki mən Amerikaya gəzməyə, turist kimi gedirəm. İmtina sənədinə baxanda dondum qaldım, izah edə bilmədim ki, mən oğlum üçün darıxıram və qanunla da oraya getməyə hüququm var. Kiminsə göndərdiyi afişa kağızına görə siz necə mənim vizamı ləğv edib imkan vermirsiniz ki, övladımın yanına gedim? Mənə dedi ki, əgər, övladınız üçün darıxırsınızsa, ona deyin ki, özü sizin yanınıza gəlsin. Dərsləri üçün gələ bilmədiyini desəm də, söylədi ki, tətildə gələr".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





