“Mədəniyyət Nazirliyi araşdırma başladıb” - Müğənnilərdən açıqlama - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir müddət öncə tanınmış sənətçilər Mədəniyyət Nazirliyində tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva ilə bağlı şikayətlərini dilə gətiriblər.
Belə ki, sıralarında müğənni Nura Surinin, xanəndələr Pərviz Qasımov, Almaxanım Əhmədli, şair Vüqar Əhməd, kamança ifaçısı Şəhriyar Musayev kimi simaların olduğu məşhurlar şikayətçi olub.
Sənətçilərin sözlərinə görə, M. Nurəliyeva onlara qarşı haqsızlıqlar edib, onları təşkil olunan tədbirlərə dəvət etməyib. Hətta bəzi ittihamlarda rüşvətxorluq iddiası da yer alıb.
Milli.Az xəbər verir ki, ifaçılar olay.az-a müraciət edərək şikayətlərinin nəzarətə götürüldüyünü bildirib.
Müğənni Nura Suri bildirib ki, şikayətçilərdən izahat alınıb:
.jpg)
"Mədəniyyət Nazirliyindən statuslarımızdan sonra bizi dəvət etdilər, fikirlərimizi, izahatımızı aldılar. Bilirsiniz ki, bir çox tanınmış musiqiçi, xanəndə şikayət etmişdi. Araşdırma apardıqlarını bildirdilər. Sadəcə hazırda nə yerdə olduğunu bilmirəm, yəqin ki, araşdırma davam edir".
Müğənni Almaxanım Əhmədli isə araşdırmanın davam etdiyini söyləyib:
.jpg)
"Araşdırma gedir. Ümidimiz nazirliyədir. Bütün şikayət ərizələri toplanıb. Onlarla şikayətçi var. Ümidvarıq ki, haqq yolunu tapacaq, bu məsələ tezliklə düzələcək. Nazirlik də daxil olmaqla lazımlı yerlərə ərizələrimizi göndərmişik. Kimlər ki açıqlama verib, hamısının ərizəsi var. Bu qədər haqsızlıq qarşısında Mənzər xanım haqda bir tədbir görülməlidir, araşdırılma aparılmalıdır".
Xanəndə Pərviz Qasımov isə cavab gözlədiklərini deyib:
.jpg)
"Hələ ki, məlumat yoxdur, cavab gözləyirik, görək nə olacaq? Açıqlama verənlərdən bəziləri qorxularından şikayət etmədi, bəziləri boş buraxdı. Sadəcə iki-üç nəfər ürəkli oldu. Hər kəs fikirləşir, ümid edir ki, nə vaxtsa tədbirə çağıracaqlar. Mən onun işdən azad olunmasının tərəfdarı deyiləm, çörəyini qazanır. Sadəcə mənə etdiyi haqsızlıqların cavabını almaq istəyirəm. Hansı səbəbə görə və niyə? Bu qədər müsabiqə qalibi olmuşam ki, evdə oturub diplomlarıma baxım? İnşallah haqq-ədalət öz yerini tapar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Elgizin görüntüsü viral oldu – (Video)
XƏBƏR LENTİ
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
67 yaşlı kişi bıçaqlandı - Şübhəli arvadıdır
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir





