Şou-biznes

“Qonaqlara lazımsız suallar verirsiniz” - Mələykədən Zaura - VİDEO

4 Oktyabr 2024 14:36
Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Mələykə Əsədova aparıcı Zaur Nəbioğlunu efirdə qınayıb.

Milli.Az olay-a istinadən bildirir ki, hadisə sənətçinin qonaq olduğu "Rəngarəng" verilişində yaşanıb. 

Əsədova bildirib ki, Nəbioğlu verilişində qonaqlarına lazımsız suallar verir:

"Mən ümumiyyətlə dedi-qodudan, söz-söhbətdən uzaq insanam. Heç kimin haqqında da danışmağı sevmirəm. Siz Zaur verilişlərinizdə müdaxilələr edirsiniz. Amma mən heç zaman heç kimin işinə müdaxilə etmərəm. Çox nahaq yerə qonaqlarınıza lazımsız suallar verirsiniz. Verilişinizə sənət adamlarını çağıranda onlara yalnız sənətdən suallar verin. Mən heç kimin həyatına və necə yaşamasına müdaxilə edə bilmərəm. Mən bu cür insanam. Müdaxilə etmək istəmirəm. Çünki həmin şəxs üçün belə yaşamaq belə xoşdur. Əsas odur ki, başqalarına zərər verməsin və öz həyatını yaşasın".

Aparıcı isə aktrisanın bu sözlərinə belə cavab verib:

"Biz müdaxilə etmirik. Biz sual veririk. Bizim işimiz sual verməkdir. Bu bir aktyor və ya aktrisaya aktyorluq etmə və ya xanəndəyə oxuma deməkdir. Mən işim jurnalistikadır, sual verməkdir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.