Dünya

“Bakı Təşəbbüs Qrupuna təşəkkürümüzü bildiririk”

4 Oktyabr 2024 16:18
Baxış: 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi Fransa koloniyasında həbsdə saxlanılan fəalları dəstəkləmək üçün müxtəlif həmrəylik aksiyalarının davamı və sentyabrın 20-də Lion Məhkəməsində başlayan silsilə dindirmələrə cavab olaraq Fransanın müxtəlif şəhərlərində, Kataloniyada, Sakit Okean hövzəsində, eləcə də Antil adalarında həmrəylik ifadə edən qardaş və bacılara təşəkkürünü bildirib.

Milli.Az xəbər verir ki, Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi bununla bağlı bəyanat yayıb.

"Kollektivimiz bir neçə ay ərzində məlumatlılığın artırılması və informasiya məkanlarının təşkilinə göstərilən səylər çərçivəsində "Kanak Həmrəyliyi" kollektivi və Fransanın Kanak hərəkatı tərəfindən görülən mühüm işləri yüksək qiymətləndirir.

Xüsusilə işimizin qurulmasında mühüm dəstəyə görə "Solidarita" Assosiasiyasına və EH Bai-yə, eləcə də siyasi məhbus ailələrinə göstərdiyi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürümüzü bildiririk", - deyə bəyanatda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.