Türkiyə

Türkiyə növbədənkənar seçkilərə gedir? – Ərdoğanın yerinə…

4 Oktyabr 2024 16:37
Baxış: 3 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə 2028-ci ildə keçirilməsi gözlənilən prezident seçkilərinin tarixi önə çəkilə bilər.

Milli.Az globalinfo.az-a istinadən bildirir ki, bu iddia ilə "Hürriyyet" qəzeti çıxış edib.

Məlumata görə, ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) daxili anlaşmazlıqlar və əvvəlki seçkilərdəki uğursuzluğa görə xalq arasında nüfuzunu itirib:

"Bu səbəbdən növbəti seçkilərdə də uğur qazanma ehtimalı azdır. Ölkə iqtisadiyyatının yavaş-yavaş düzəlməsi və beynəlxalq gərginlik fonunda isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın şansı yenə digərlərindən yüksək görünür. Lakin onun bu dəfə namizədliyini irəli sürüb-sürməyəcəyi bəlli deyil".

Növbədənkənar seçkilərdə isə namizədlərin sayının çox olacağı bildirilir. CHP-dən İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun adı namizədlər sırasında çəkilir. İctimaiyyətin dəstəyi ilə Ankaranın bələdiyyə sədri Mansur Yavaşın da güclü namizədlərdən olacağı gözlənilir.

Həmçinin HDP-dən Səlahəddin Dəmirdaş, sabiq baş nazir Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın da namizəd olacağı iddia edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.