"Deyirdim bir dəfə xoş söz de" - Dilarə Oqtaydan danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevin vəfatından sonra onun sağlığında qalmaqal yaşadığı insanlarla danışdığını açıqlayıb.
Milli.az olay.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Pərvizə görə" layihəsində danışıb.
Aktrisa deyib ki, mərhumun sağlığında münasibətlərinin korlandığı məşhurlardan onunla əlaqə saxlayanlar olub:
"Həmişə deyirdim ki, Oqtay heç vaxt tərifləmir. Məni belə nə qədər tənqid edir. Tərifləsə də, mənə demirdi. Məsələn, kimsə deyirdi ki, ay Dilarə, Oqtay sənin monoloqunu göndərmişdi. Deyirəm, mənə deməyib. Əslində xoşuna gəlirdi, amma məni həmişə danlayırdı. Deyirdi, tez-tez danışırsan, başa düşülmədi və sairə. Həmişə tənqid edirdi. Deyirdim ki, bu qədər tənqid edirsən, bir dəfə xoş söz de. Məsələn, geyinib gəlirdin ki, ay Oqtay, paltarım necədi? Baxıb deyirdi ki, dırnağının rəngi nədir elə? Elə onumu gördün? Oqtayın sevməyi də, sevinməyi də danlaya-danlaya idi. Təsəvvür etmirəm ki, Oqtay baxıb desin ki, çox gözəlsən, ya da çox yaxşıdır. O, özü-özünə inanmazdı ki, bu, mən deyiləm. Biz də onu o cür qəbul etmişdik. Amma dediyiniz məqamlar oldu ki, kiməsə Oqtay sağlığında iradlar bildirmişdi, münasibətləri korlanmışdı... Belə məqamlar oldu. Lakin mən xoşlamıram, gəlib desin ki, filan şey oldu. O özünün içindən gəlirsə, rahatlığı üçün lazımdırsa, desin. Əgər deyilsə, ehtiyac yoxdu. İnsan əsas öz içi ilə barışmalıdır. Bizə görə də deyə bilər, nəyəsə xatir də deyə bilər, səmimi olmaya da bilər, halallıq üçün də olar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
XƏBƏR LENTİ
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)





