“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Biz o vaxt toylara gedəndə ayağımızın altında qurban kəsirdilər. Toya müqəddəs yanaşırdılar. Bakının bütün kəndlərində qadın toylarında hörmətlə, izzətlə qarşılanırdım. Hərənin öz havası, əl qaldırıb oynadığı rəqsi var idi. İndi toy sözü də, toyun özü də ucuzlaşıb. Toyu niyə hörmətsiz edirsiz? Kim efirə çıxırsa toydan danışır. Hamı da toya gedir. O vaxt toyxana oxuyanı ayrı idi, səhnə oxuyanı ayrı. Ara müğənniləri efirə çıxmazdılar. Qadağalar, senzuralar var idi. İndi oxumaq da, ifa etmək də asanlaşıb. Mahnılar 3 notun üzərində yazılır, ritmlər eynidir. Saat 9-da artıq toydan getmək istəyirsən"
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.
O daha sonra əlavə edib.
"İndikilər sənətə gələn kimi hər şey əldə edirlər. Efirlərdə ona hədiyyə gəlir, buna ev verilir, birinə maşın verilir. Nə bilim vallah, Allah hər kəsin özünə qismət etsin. Vallah mənə hələ bir çöp də verən olmayıb. Əziyyətlə, əzabla, gecə-gündüz toylarda ifa edərək hər şeyə nail olmuşam. Mənim indi elə yaşımdır ki, xalq artisti olmalıyam. İnsana, sənətkara vaxtında qiymət vermək lazımdır. 55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram. Ömrümün sonuna qədər toya, məclisə gedə bilməyəcəm ki. Mənim də hamı kimi problemlərim, ehtiyaclarım var. Axı bu mənim haqqımdır. Ümid edirəm ki, tez bir zamanda buna diqqət edərlər" deyə sənətkar bildirib.
Sənətkar bildirib ki, müğənnilərin çoxu saxtakardır.
"O vaxt dəb idi müğənnilər kiminsə evində çəkiliş edirdilər. Hamı da deyirdi ki, filankəsin nə gözəl ev-eşiyi, bağı var. Dünya malı ilə çox fəxr edirlər, amma bilsinlər ki, bu səninki deyil. Müğənni var ki, heç evi yoxdur. Şəhərdə bahalı maşınla gəzir, krediti var, amma maşın da kreditə götürür ki, özünü göstərsin" deyə o bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





