Elgizə SƏRT SÖZLƏR: “Sənin villan var, kef edirsən, amma mən...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu gün ancaq müğənniləri hədəf göstərib onları tənqid edirlər. Amma günah tək onlarda deyil, millətin özündə də avamlıq var, insanlar bir-biri ilə bəhsə girirlər ki, mən pul verib toyuma filankəsi çağıracağam".
Milli.Az bildirir ki, bu sözləri yenisabah.az-a tanınmış televiziya eksperti, jurnalist Anar Vəziroğlu deyib.
Şou əhlindən danışan ekspert onları tənqid atəşinə tutub:
"Bu yaxınlarda bir müğənni dostumuz çırpıldı. Nəyə görə? Fonoqram oxuduğu üçün. Bunların çoxu belədir, pulu alıb gedib fonoqram oxuyurlar.
Axı siz gedib 1 saat məclisdə nə iş görürsünüz ki, 10-15 min manat pul tələb edirsiniz?! Siz kimsiniz? Belə şey olarmı?
Bəzən gedib əsgərlərin qabağında oxuyurlar, sosial şəbəkələrdə paylaşıb özlərini göstərirlər. Elə bilirsiniz bu içlərindən gəlir? Xeyr! Hamısı göstəriş üçündür ki, sabah fəxri ad alsınlar. Vicdan haqqı, bunlarda o ürək yoxdur. Biri çıxıb deməz ki, mən xalqı düşünürəm, əvvəl 10 minə gedirdim, indi 2 minə gedəcəyəm. Bunun üçün ürək lazımdır, o ürək də şou-biznes əhlində yoxdur. Nəfs onlarda daha öndədir.
Məşhur olmaq nümunəvi olmaq demək deyil. Özünüz gördünüz ən bərk gedən məşhur şou əhli də baltanı atıb camaatı şikəst etdi. Amma yenə də onu müdafiə etdik ki, ağsaqqaldır, Xalq artistidir.
Heç bir adı olmayan gənc vicdansızlar isə daha dəhşətdir. Bir az sosial şəbəkələrdə məşhurlaşıb sonra 8-10 minə toylara gedirlər".
A.Vəziroğlu bəzi müğənnilərin fırıldağının üstünü açıb:
"Mən 61 yaşlı jurnalist şou-biznesin bəzi fırıldaqlarını təzə öyrənmişəm. Deməli, bu "məşhurlar" pul verib özlərinə adamlar tuturlar, sosial şəbəkələrdə özlərinə çoxlu bəyənmə alıb, şərhlər yazdırırlar. İnsanlarda elə təəssürat yaradırlar ki, sanki hər kəs onları sevir. Bu yaxınlarda bir müğənni deyir ki, ayda bunun üçün 1800 manat verirəm. Şou əhli bax belə şeylər üçün pul xərcləyir. Pul verib mahnılarını "YouTube"da trend edirlər, guya ki, bütün Azərbaycan bunları dinləyir. Mahnıların əksəriyyəti də bayağı və mənasız olur.
Bir dəfə mənasız mahnılar mövzusuna görə canlı efirdə Rüfət Nasosnu ilə qalmaqal yaşadım. Dedi ki, mahnım 1 milyon dəfə dinlənilib. Ona başa sala bilmədim ki, ay bədbəxt, yazdığın mahnının sözləri bərbaddır. Deyir "Bağışla, sevgilim, bağışla, səni gözlətdim yağışda". Bu nə sözlərdir ki, hələ buna şeir də qoşursan?! Axı şeirin sözlərində bir məna olmalıdır. Bu şeir deyil, zırrama şeirdir, bunu hamı yaza bilər. Şeirin məğzi olmalıdır, amma çoxu bunu anlamaq istəmir. Kimin pulu varsa, ağzına gələni yazıb "trend"ə düşüb məşhurlaşır, vəssalam.
Bu müğənniləri başımıza mindirən də elə biz özümüz olmuşuq. Ləyaqətsiz adama verilişlərdə deyirlər ki, çox gözəl insansan. Bir də görürsən, Elgiz verilişinə gələn adamı tərifləməyə başlayır. Elə bilirsiniz, o adamlar efirə pulsuz gəlir? Elgiz onları havayı tərifləmir.
Ona Anar Vəziroğlu sərf eləmir. Səhv demişəm? Demişəm ki, onlardan pul alırsan, mənə də qonorar ver. Sənin villaların var, kef edirsən, Anar Vəziroğlu da gəlsin axşama kimi boğazını yırtsın, əsəblərini korlasın, axırda da çıxıb getsin evinə? Belə şey olarmı?"
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Rəqsanə görünüşünü dəyişdirdi - (Foto-Video)
XƏBƏR LENTİ
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik





