"Hələ dərs açılmamış vəziyyət belədirsə..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Möhtəşəm" bir gün yaşamışam. Sizinlə də bölüşüm. Məktəblər hələ açılmayıb Yasamalda nəqliyyat iflic vəziyyətdədir. Nə taksi tapa bilirsən, nə də boş avtobus. Taksilər nağd olmasa, sifarişi qəbul etmir, edənlər də zəng vurub sifarişi ləğv etməyini xahiş edir. Bir az sıxlıq olan kimi də elə qiymət təklif edirlər ki, bilmirsən Yeni Yasamaldan Şərifzadəyə gedirsən, yoxsa rayona?" .
Milli.Az bildirir ki, bu sözləri teleaparıcı Jalə Həsənli öz sosial şəbəkə hesabında paylaşıb. O, nəqliyyatın hazırki vəziyyətindən gileylənib :
"Avtobuslar dolu, dayanacaqlar dolu, yollar da dolu. Nə edək? Nə işə çata bilirsən, nə evə. Ömrümüz yollarda keçir.
Hələ avtobusa daxil olan bəzi "smart sərnişin"ləri demirəm. Avtobusda orta boş, arxa boş, minən düz sürücünün yanında dayanır. Sürücü "zəhmət olmasa, arxaya keçin" deməkdən yorulur, sərnişin sürücüyə haqq verir, amma qapının ağzından bir addım da irəliləmir.
İctimai nəqliyyatdan istifadə edin deyə tövsiyə verən qurum və ya şəxslər, özünüz bir dəfə də olsun ictimai nəqliyyatdan istifadə etmisiniz? İnsanların avtobusa minmək üçün verdiyi mübarizənin şahidi olmusunuz? Hamilə qadın avtobusa minmək istəyir, yaşlı kişi onu itələyib özü keçir. Baxırsan ki, adam fiziki məhdudiyyətlidir, günün altında qalmaqdan bezib, əlləri əsir. Kimə nə deyəsən? Uşaqlar desən, onları avtobusda sanki görən yoxdur. Gözlərində bir qorxu, təlaşla analarının əllərindən tutub, kiməsə sığınıb gedirlər. Belə sıxlıq olar?
Qurumlar, məsləhət verməyin, əməli addıma keçin, tədbir görün. Hələ dərs açılmamış vəziyyət belədirsə, 16 sentyabrdan küçələri düşünmək belə istəmirəm.
Şəxsi avtomobildən istifadə desəniz, o da müşkül məsələdir. Onda da parklanma dərdi ortaya çıxır. Çox yerdə saxlamaq qadağandır, bəzi yerlərdə isə ümumiyyətlə parklanma yeri yoxdur. Bina tikirlər, mağaza tikirlər, parklanma yeri yox. 55 qəpiklik çörək almaq üçün düşürsən, 20 manatlıq cərimələnirsən.
Ən yaxşı variant velosipeddir deyirsinizsə, onu da fikirləşmişəm. Amma nəzərə alsaq ki, avtobus üçün nəzərdə tutulan zolaqdan avtomobilləri, avtomobil üçün nəzərdə tutulandan da avtobusları çıxarmaq olmur, o zaman velosipedçinin aqibətini düşünmək mümkün belə deyil. Yeri gəlmişkən, velosiped zolağı hələ heç bizim tərəflərə gəlib çatmayıb.
Nə edək? Dərdimizin dərmanı hansı qurumdadır?" .
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)
-
Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri açıqlandı
-
Pünhan Piriyev rəqsindən sonra daha bir video ilə gündəm oldu
-
Əməkdar artist: "Müğənni yazılan o pis sözləri özü qazanıb" - (Video)
-
Dilan Polat yenə saxlanıldı - Tutulma anı - (Video)
-
Vüsalə Əlizadə bu verilişlə efirdə olacaq
XƏBƏR LENTİ
-
Kəngərlidə ağır qəza - 5 nəfər xəsarət alıb - (Foto)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimində təcrübə mübadiləsi aparılıb - (Video)
-
Sabah Ağdaş, Şəki və Qəbələdə qaz olmayacaq
-
Netanyahu “Flydubai” təyyarəsində baş verənlərdən danışdı
-
Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi
-
Külək güclənəcək - xəbərdarlıq
-
Türkiyə "4 böyüklər"ində mərc şoku: 31 rəhbər şəxs PFDK-ya göndərildi
-
Bank kartları ilə pul köçürmələrinin aylıq limiti artırıldı - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - (Video)
-
Füzulidə 24 yaşlı şəxs həkimi döydü, xadimənin sümüyünü sındırdı
-
Deputatların pensiyası ilə bağlı yeni qayda
-
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı
-
Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
-
Sərnişin gəmisi batdı: 78 nəfər öldü, 57 nəfər itkin düşüb
-
"Rusiya bəziləri kimi əl açıb sədəqə dilənə bilməz"
-
Toyuq filesinin qiyməti 10 manata qalxdı
-
İran səfiri Gürcüstan XİN-ə çağırıldı
-
"ADEX 2026"da ilk dəfə Azərbaycanın "Arrow 3" kamikadze dronu sərgilənib - (Foto)
-
ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)
-
Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri açıqlandı
-
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
-
Bu şəxslərin maaşı artırılır - Qərar qəbul edildi
-
Azərbaycan boksçuları Avropa çempionatında mübarizəyə başlayır
-
Pünhan Piriyev rəqsindən sonra daha bir video ilə gündəm oldu





