“Müğənnilərin çoxu ailə tərbiyəsi görməyib, alt paltarında...” - Ağır sözlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şou biznes əhlinin adı ətrafında qalamallar səngimək bilmir. Onların demək olar ki, hər addımı, hər qərarı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur.
Sənət adamlarının tətil gündəmi bu müzakirələri yenidən qızışdırıb. İlboyu pulsuzluqdan gileylənən məşhurların yayda dünyanın ən bahalı ölkələrinə tətilə getməsi onları yenidən hədəfə gətirib.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan tanınmış televiziya eksperti, jurnalist Anar Vəziroğlu bildirib ki, məşhurların bir çoxu efirlərdə yalandan maddi imkanlarının zəif olduğunu deyirlər: vakansiyalar
"Xalq nə düşünürsə, sosial şəbəkələrdə nə yazırsa, əvvəl-axır bu, düz çıxır. Çünki camaat elə-belə söz danışmır. Bəzi müğənnilər yalandan efirdə ağlaşma qururlar, pulsuzluqdan şikayətlənirlər, amma əslində bu doğru deyil. Onların iç üzü bircə pandemiya dövründə göründü, onda 2 il idi ki, toysuz, pulsuz qalmışdılar, gileylənməkdən taqətdən düşmüşdülər. Çünki ömür boyu onların əlləri pulla oynayıb. Məşhurlar həqiqətən yüksək səviyyədə yaşayırlar, külli miqdarda pulları var.
Onların Avropa ölkələrinə gedib gəzməyi də digər həmkarlarının acığınadır. Məşhurlar bir-birləri ilə daim bəhsə girirlər. Biri bahalı ölkəyə gedirsə, digəri çalışır ki, ondan da bahalı yerə getsin. Bədbəxtçilikləri də elə budur, onların bir-birini görməyə gözü yoxdur, yalandan həmkarlarının üzlərinə gülməyinə baxmayın.
Bir məclisdə rastlaşırlarlar, şappa-şup öpüşüb görüşürlər, digəri uzaqlaşan kimi həmkarı deyir ki, əşşi, bu da axmağın biridir. Şou-biznes nümayəndələri dəhşətdir, sanki onların xəmiri başqa yerdən yoğrulub".
Şou əhlini topa tutan ekspert onların böyük əksəriyyətini görməmiş adlandırıb:
"Yay boyu müxtəlif ölkələrdən tətil görüntülərini dayanmadan sosial şəbəkələrdə paylaşdılar. Bunun bir səbəbi var: onlar görməmişdirlər! Əksəriyyətində ailə tərbiyəsi yoxdur. Onlar öz mədəniyyətsizliklərini demək olar ki, bütün məclislərdə göstərirlər, böyük-kiçik yeri bilmirlər. İştirak etdikləri məclisə pullu, vəzifəli adam girən kimi qarşısında dimdik dayanırlar, onu ayaq üstə qarşılayırlar, amma ağsaqqal kişi gələndə özlərinə əziyyət verib ayağa belə qalxmırlar.
Söhbət təkcə uzun illər tanıdığım müğənnilərdən getmir, yeni nəsil ifaçılar da məhz bu cürdür. Gənc ifaçı görür ki, filankəs soyundu, alt paltarında konsert verdi, hamı ona bəh-bəh dedi, dərhal o da eyni yolu gedir. Çünki gələn gənc də digərlərinin tayı, tərbiyəsizin yekəsidir.
Hər məşhura ziyalı demək olmaz! Bu gün şou-biznesdə şıdırğı alver gedir, biri deyir mən yarım saatı 3 min manata oxuyuram, o biri deyir 5 minə oxuyuram. Bu müğənniləri başımıza çıxaran məhz elə cəmiyyətdir, onlara bir ətək pul verib məclislərinə çağırırlar, halbuki 8 min manata toya gedən ifaçıların bir çoxunun 8 qəpiklik adı yoxdur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Selahattin Paşalının yeni işi
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
XƏBƏR LENTİ
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi





