10 dəfə evlənib-boşanan, qəzada bütün qabırğaları sınan 69 yaşında ölən aktrisanın HƏYAT HEKAYƏSİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, məşhur aktrisa Ahu Tuğba ötən gün vəfat edib. ABŞ-nin Mayami şəhərindəki evində ölü tapılan aktrisanın 69 yaşı var idi. Aktrisanın qəfil ölümü onun kimliyi, karyerası, şəxsi həyatı ilə bağlı məlumatları yenidən gündəmə gətirdi.
Milli.Az baku.ws-ə istinadən Ahu Tuğbanın şəxsi həyatı və karyerası ilə bağlı bəzi faktları təqdim edir:
Ahu Tuğba, türk kinosunun unudulmaz adlarından biridir. O İstanbulda varlı ailədə doğulub. Təhsil həyatına İstanbul Amerika Qız Liseyində (Robert Kolej qız liseyi) başladı. Əlaçı bir tələbə olan Tuğba, orta məktəbi bitirdikdən sonra Kanadaya getməyi və Concordia Universitetində İngilis dili kafedrasında təhsil almağı planlaşdırıb. Lakin bu təhsilini yekunlaşdırmadan Türkiyəyə qayıdıb və kino karyerasına başlayıb.
Ahu karyerasına 1974-cü ildə bir filmdə qısa rol alaraq start verib. 1970-ci illərin sonlarına doğru Türk kinosunda adını tanıtmağa başlayan Tuğba, 1980-ci illərin əvvəllərində milli miqyasda böyük bir şöhrət qazanıb. Xüsusilə seks simvolu kimi tanınan Tuğba, daha çox əxlaqsızlıq edən personajları, fahişələri və ya narkomanları canlandırdı. Bu rollar onun kinoda özünəməxsus yer almasına və dövrün populyar aktrisasına çevrilməsinə səbəb oldu.
O xeyli filmdə müxtəlif rollara çəkilib.
Bunlar arasında "Öksüzler", "Ayıkla Beni Hüsnü", "Tolga", "Akdeniz Kartalı", "Yapışık Kardeşler", "Yasak İlişki", "Suçumuz Kadın Olmak", "Haciz Kararı", "Pembe & Mavi", "Meçhule Gidenler" kimi ekran işləri var.
Ahu Tuğba 1987-ci ildə kino karyerası ilə yanaşı, musiqi dünyasına da daxil olaraq albom buraxdı.
Onun karyerası qədər şəxsi həyatı da ölkənin gündəmində idi. 10 dəfə evlənən və boşanan Tuğba qalmaqallı evlilikləri ilə müzakirələrə səbəb olurdu. Onun ikinci evliliyi 1981-ci ildə Mustafa Ulusoy ilə baş tutub. 1991 yılında Arnavut əsili amerikalı həkim Timmi Alejtanij ilə evlənib. Onun 1993-cü ilin noyabrın 11-də Anjelik adlı qızı dünyaya gəlib.
Aktrisanın İstanbulun Osmanbey səmtində "Guantenamera" adlı gecə klubu var.
Ahu Tuğba uzun müddət idi ki, astmadan əziyyət çəkirdi. Aktrisa yaşadığı Mayami şəhərində ağır avtomobil qəzası keçirmişdi. Bundan sonra onun qabırğalarının sındığı, hətta daimi olaraq sıyıq qəbul etdiyi bildirilib. Qəzadan sonra Ahunun vəziyyəti düzəlmək yerinə daha da ağırlaşıb.
69 yaşlı Ahu Tuğba ötən gün qızı tərəfindən evində ölü tapılıb. Daha sonra qızı polisə məlumat verib.
Aktrisanın yaxın dostu aktyor Nuri Alçonun sosial şəbəkədə paylaşdığı məlumatlar onun vəfatı xəbərinin doğru olduğunu təsdiqləyib.
Aktrisanın qəfil vəfatı türk kino dünyasında böyük kədər yaradıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





