Şou-biznes

Tanınmış meyxanaçı xəstəxanalıq oldu - FOTOlar

30 Avqust 2024 16:20
Baxış: 3 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meyxanaçı Rövşən Binəqədili xəstəxanalıq olub.

Milli.Az titul.az-a istinadən xəbər verir ki, səhhətində ciddi problem yaranan meyxanaçı paytaxtın xəstəxanalarından birinə yerləşdirilib. Onun müalicəsi xəstəxana şəraitində davam etdirilir.

Qeyd edək ki, hələ bu ilin aprelində meyxanaçının atası Qorxmaz Musayev 70 yaşında vəfat edib. Mərhum uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Xatırladaq ki, Rövşən Binəqədili Vətən Müharibəsi dövründə sosial şəbəkələrdə trendə və müzakirə mövzusuna çevrilmiş "Can gedirik almağa" mahnısı ilə məşhurluq qazanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.