“Əgər mənim kimi “konfet” bir kişi onu alıbsa...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Həyat yoldaşımı özüm bəyənib, almışam. Buna söz yox... Bir qələtdir də, onu almışam. Bu kişi aldı sonra isə boşadı - bu kişiyə çox pis baxıram. Necə yəni sevirsən, alırsan sonra isə onu boşayırsan?!"
Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri müğənni Əli Mirəliyev qonaq olduğu "Nigar xanım" verilişində deyib.
Sənətçi xanımı ilə münasibətlərindən söz açıb:
"Xanımım gözəl olmasaydı onu almazdım. Əgər mənim kimi "konfet" bir kişi onu alıbsa... Özüdə "konfet"... Kişi də özünə "konfet" deyər? Biz evdə "it-pişik" kimi yola gedirik. Biz uşaqlıqdan xanımımla bir-birimizi tanımışıq və qapı-qonşu olmuşuq. O mənim 15 yaşımdan yanımdadır. Mən xanımımdan 5-6 yaş böyüyəm. Cavan olanda qızlar məni çox sevirdi. Hətta iki qız məni o qədər sevirdi ki, özlərini yandırmışdırlar. Xanımım məndən iki əlli yapışdı. O anamı çox istəyirdi. Ona görə də anam deyirdi ki, mən səni oğluma alacağam. Başqa qız istəmirəm. Əsas odur ki, xanımım əvvəlcə anamın sonra isə mənim sevgimi qazandı. Budur məsələ... O zaman isə mənim 21 yaşım vardı. Əvvəllərdə olub ki, həmkarlarım gediblər gənc qızları alıb sonra isə boşayıblar. Mən o kişi müğənnilərə hər zaman pis baxmışam. Özümə dedim ki, mən onların səhvini təkrarlamamalıyam. Əgər mən efirdə düzgün danışıramsa, ailənin müqəddəs olduğunu deyirəmsə, özgələri bir yox hətta dörd arvad alıb sonra isə boşatdıqlarına görə qınayıramsa... Özü də o "Xalq artisti" fəxri adını daşıyır. Ayıbdır! Olmaz axı... Həmin şəxs dünyasını dəyişib. Misal üçün Əbülfət Əliyev. O arvadından boşandıqdan sonra gedib cavan qızla evlənmişdir. Mən düz sözü ürəyimdə saxlaya bilmirəm. Mən bu həyata kişi gözü ilə baxıram. Düzdür o arvadını boşayıb sonra başqa arvad alan kişilərdə öz aləmlərində özünü dırnaq içində kişi sayır. Amma mən onları kişi saymıram. Onlar fikirləşmirlər ki, özlərindən sonra uşaq qoyublar. O uşağın neçə atası olacaq? Uşağın bir anası və bir atası olmalıdır. Mən həyata belə baxıram. Əgər belə deyilsə demək ki, bu ailə deyil. Mənim uşaqlarım olmasaydı həyat yoldaşımla çoxdan ayrılmışdım. Bilirsiniz niyə görə, çünki o da hirsli məndə hirsli... Amma o uşaqlar (qızım, oğlum, nəvələrim) bizi elə birləşdirdilər ki, dalaşsaq da belə yenə də bir yerdəyik".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





