“Aygün Cananı mənə tapşırsa da, o başqasını seçdi, cənab nazirimiz isə...” - Aygün Bəylərin bacısı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Əslində Aygünün doğum günündə anım tədbiri təşkil etmək istəyirdim. Sadəcə olaraq vaxt azlığı var idi. Müraciət etdim, alınmadı. İnşallah qismət olsa gələn il 50 illik yubileyini edərik. Sağ olsun bütün aidiyyatı qurumlar, İcra Hakimiyyəti dəstəkdir. Dostları, qohumları, yaxınları səhərə kimi Aygünün məzarını ziyarət ediblər. Evimizə də gəlib-gedənlər var. Ehsan da vermişik. Bizə bu il çox çətindir. Ötən il onun 48 yaşını birlikdə qeyd etmişdik. Yadımdadır, həyətdə yığışmışdıq. İnanıram ki, bacımın yeri cənnətdir və o hər zaman qəlblərdə yaşayacaq".
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətova deyib.
O daha sonra əlavə edib:
"Mənim əslindən incikliyim həyatdandır. Bəzən çox pis oluram. Aygün həmişə necə tək deyildi, mən də tək olmuşam. Aygün var olubsa mən olmuşam. İndi Aygün yoxdur, mən təkəm. Necə ki, o bacılarını heç vaxt istəməyib, heç vaxt onlardan danışmayıb. Vaxtında heç kim ona yaxın düşməyib, indi hamısı ondan danışır. Deyirlər ki, Aygünə biz baxmışıq. İndi Aygün yoxdur axı! Həmişə köçüb-gedənin arxasınca belə şeylər deyirlər. Allah özü görür. İncikliyim budur. Yəqin ki, biri çıxıb deyər ki, niyə belə edirlər?! Düzdür, ortalıqda nə miras, nə pul var, dava edən də yoxdur. Sadəcə olaraq mənə çox pis təsir edir ki, həqiqətən də heç biri gəlib-getmədi. Qohumlarımız da yaxın düşmədilər. İndi hamısı deyir ki, Aygünü mən böyütmüşəm, ona mən baxmışam, bacılar deyir mən etmişəm, halbuki Aygündən xəbərləri yox idi. Hər şey öz axarı ilə gedir. Vay gedənin halına. Aygünü itirəndən sonra bütün qol-qanadım qırıldı (ağlayır). 2018-ci ildə anam dünyasını dəyişəndən sonra həyatımı Aygünə bağlamışdım. İndi tək qalmışam. Öz ailəmdən, uşaqlarımdan, yoldaşımdan başqa heç kimim yoxdur".
Zümrüd xanım mətbuatda "Cənab nazir Kəmaləddin Heydərov Aygün Bəylərin qızını himayəsinə götürdü" başlığı ilə paylaşılan yazılara da münasibət bildirib:
"Rəhmətlik Aygün Cananı mənə tapşırmışdı, amma Canan Aynur xalasını seçdi və onunla yaşayır. Cananın qəyyumu da Aynur xalasıdır. Cənab nazirimiz sağ olsun Cananın məktəbinin xərclərini, təhsilini öhdəsinə götürüb. Başqa bilmirəm nə deyilir? Sosial şəbəkələri izləmədiyimə görə şayiələrdən də xəbərim yoxdur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





