Şou-biznes

Beyonsdan Donald Trampa qadağa

23 Avqust 2024 08:38
Baxış: 1 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca məşhur müğənni Beyons Amerikada prezidentliyə namizəd Donald Trampa "Freedom" mahnısından istifadə etməyi qadağan edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Buna səbəb isə prezidentliyə digər namizəd Kamala Harrisin sözügedən bəstəni seçki kampaniyası mahnısı kimi istifadə etməsidir.

Trampın sözçüsü Stiven Çunq, Trampın təyyarəni həmin mahnının sədaları altında tərk etməsinin videosunu yaymışdı.

Bəstənin yayım hüququ olan "Rolling Stone" və "Billboard" artıq mahnının Tramp tərəfindən istifadə olunmaması üçün hərəkətə keçib.

Həmçinin Çunqun paylaşdığı video da artıq sosial şəbəkələrdən silinib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.