Şou-biznes

Məşhur rejissor sağalmaz xəstəliyə tutuldu

10 Avqust 2024 09:58
Baxış: 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Əkizlər zirvəsi" serialının yaradıcısı olan məşhur amerikalı rejissor Devid Linç sağalmaz xəstə olduğunu açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, ona ağciyərlərin emfizeması diaqnozu qoyulub. 78 yaşlı rejissor bildirib ki, indi həmişəlik evdə qalmalı olacaq.

"İndi istəsəm də, istəməsəm də həmişə evdə olacağam. İndiki vəziyyətimdə hətta adi soyuqdəymə də təhlükəlidir", - Linç bildirib.

O izah edib ki, xəstəlik nəticəsində oksigen çox tez tükəndiyi üçün ancaq qısa məsafəni yeriyə bilir. Onun sözlərinə görə, emfizemanın səbəbi həyatı boyu çəkdiyi siqaretlər olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.