“Yazılanlar cəfəngiyyatdır” - Brilliantı müdafiə etdi! - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərhum Xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev son günlər gündəmə səbəb olan müsahibəsi ilə bağlı danışıb.
Milli.Az xəbər verir ki, o, olay-a açıqlamasında bildirib ki, sözügedən müsahibəni pandemiyadan öncə verib:
"O müsahibəni pandemiya elan olunduqdan əvvəl vermişəm. Lakin o müsahibədə yazılan bir çox məqamlar təhrif olunub və cəfəngiyyatdır. Mən bu müsahibəni yazan jurnalistin öz vicdanına buraxıram. Mən bu cəfəngiyyatı müzakirə etmək niyyətində deyiləm. Heydər Əliyev Sarayında babamın yubiley konserti keçirildi. Brilliant Dadaşova da gəlib o gecədə iştirak etdi. Əgər Brilliant xanımla münasibətim pis olsaydı, o, babamın yaradıcılıq gecəsinə gəlib, 3 mahnı oxuyardı? Əgər Brilliant xanım gəlibsə, çıxış edibsə, mənimlə görüşübsə, nəticəni özünüz çıxarın - yazılanlar düzdür yoxsa yox... Mənim sizə verə biləcəyim cavab da budur".
E.Babayev babasının duet ortağı ilə münasibətlərinin yaxşı olduğunu qeyd edib:
"O müsahibədə çox sayda səhvlər, qeyri-dəqiq informasiya var. Xanım jurnalist yazıb ki, atam 54 yaşında dünyasını dəyişib, halbuki 57 yaşında rəhmətə gedib. Xasiyyətcə elə insanam ki, müsahibə üçün zəng edəndə heç kimə rədd cavabı vermirəm. Çünki babamın xatirəsi yad edilir, sağ olsunlar. Amma sonradan həmin müsahibəni oxuyub peşman olursan. Niyə belə, birinin üstünə beşini qoyub yazmısan? Olmaz axı...
Babamın yubiley konsertinə Brilliant xanımı özüm çağırmışam. Əgər mənim adımdan o müsahibədə yazılanlar doğru olsaydı, Brilliant xanımı gecəyə dəvət etməzdim və o da gəlməzdi. Orada doğru olan odur ki, babam dünyasını dəyişəndə Brilliant xanım dəfndə iştirak etməyib. Sonrada bəlli oldu ki, həmin vaxt xarici ölkədə olub və bu səbəbdən dəfnə gələ bilməyib. Son illər Brilliant xanım və babam arasında soyuqluq var idi. Bəlkə də kimsə onların aralarını vurub və ya həqiqitən də aralarında nələrsə olub... Amma mən bunu qalmaqal saymıram. Olur da... Yəni, insanlar arasında söz-söhbət olur. Bunu axı niyə qalmaqal kimi təqdim edirlər? Müsahibədə dediklərimi alt-üst edib qalmaqal kimi qələmə verirlər".
Qeyd edək ki, sözügedən müsahibə ötən günlərdə kulis.az saytında yayımlanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
XƏBƏR LENTİ
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)





