Şou-biznes

Geyimini Elxan Poluxovun qızı hazırlayıbmış - FOTOlar

3 Avqust 2024 06:56
Baxış: 1 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovun qızı Zəhra Poluxovanın hazırladığı geyimi Türkiyənin məşhur müğənnisi Gülinler Aka geyinib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə səfir öz feysbuk səhifəsində paylaşım edib.

O qeyd edib ki, qızı Zəhra bir neçə həftə öncə İstanbulda "International Fashion Academy - Paris" Universitetini bitirərək bakalavr dərəcəsini alıb. Onun dizayn etdiyi geyim seçilərək səhnədə nümayiş etdirilib.

Xatırladaq ki, E. Poluxov 2009-2011-ci illərdə Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri olub. Daha sonra Braziliya, Ekvador, Mozambik və digər ölkələrdə səfir kimi fəaliyyət göstərib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.