Şou-biznes

Xatirə İslamı Rusiyada üzən nə oldu?

25 May 2010 16:29
Baxış: 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənninin Milli.Az xəbər portalına bildirdiyinə görə, ötən həftə sonu onun həmin şəhərdə solo konserti təşkil edilib. Heydər Əliyevin ildönümü münasibəti ilə diaspora üzvləri  tərəfindən təşkil edilən konsert şəhərin mədəniyyət mərkəzlərinin birində təşkil edilib. Xatirə İslam 1500 nəfərlik tutumu olan zalda maraqlı proqramla çıxış etdiyini deyir.

"Tamaşaçılar coşqulu idi. O qədər maraq yaranmışdı ki, əksəriyyəti mahnıları ayaq üstə, alqışları ilə dinləyirdilər. Amma bu səfərdə məni üzən bir məqam oldu. Həmin görüntüləri tarixiləşdirmək üçün özümlə kamera götürmüşdüm. Amma prodüserim yanımda olmadığından, onu heç kimə etibar edə bilmədim. Fikirləşdim, tanımadığım insana verərəm, götürüb qaçar. Amma təəssüf hissi keçirdim"- deyə sənətçi bildirib.

Novosbirisk şəhərində sonuncu dəfə 2 il əvvəl olduğunu və bu müddətdə bir sıra təkliflər aldığını deyən sənətçi onlardan birini artıq gerçəkləşdirdi. Müğənni səfər proqramlarının yenə gözlənildiyini və bu barədə məlumat verəcəyini söyləyir.

Xədicə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.