"Yaxşı ki, yoxsan"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"3 il oldu ki, ikinci dəfə ailə qurduğuma görə, sənətdən uzaqlaşdım. Qızım dünyaya gəldi. Xanımlar və analar təsdiq edərlər ki, körpə dünyaya gəldikdən sonra onu saxlamaq, zaman ayırmaq və maraqlanmaq lazımdır. Mən sənətdən ailəmə görə uzaqlaşdım. Ailə qurdum deyə uzaqlaşdım. Çünki ikinci dəfə ailə qurduqdan sonra ikinci dəfə sənətə gəlmək kimi bir fikrim yox idi. Düşünürdüm ki, sənətlə vidalaşıram. Yəni özüm də istəyərəkdən bu addımı atdım.
O zaman isə hər gün həm Bakı, həm rayon toylarım, xına məclislərim vardı. Onların çox olduğu bir zamanda çəkildim bir kənara və ailə həyatını seçdim. Əvvəl təəssüflənirdim indi isə deyirəm ki, hər bir işdə xeyir var. Nə yaxşı ki, məhz belə oldu. Halbuki, əvvəllər belə düşünmürdüm. Qismət..."
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Rahidə Baxışova qonaq olduğu "Özəl" verilişində deyib.
Sənətçi ikinci dəfə qurduğu ailəsindən və övladlarından söz açıb:
"İkinci dəfə sənətə qayıdandan sonra yenidən özümə qarşı tamaşaçıların sevgisini gördüm. Mənim üçün ikinci dəfə səhnəyə qayıtmaq çox çətin oldu. Demək olar ki, sıfırdan başladım. Biri var ki, sən 1-2 ay fasilə verirsən və sonra onu asanlıqla bərpa edirsən. Amma 3-4 il keçəndən sonra çətin olur. Çünki yenidən ayağa durmalısan. Ayağa qalxmaq isə heçdə asan olmadı. Kənardan çox şey asan görünür. Amma bu heç də belə deyil. Biz sənət adamları çox fədakarıq.
Çox zəhmətkeş və ailəcanlıyıq. Bəzən isə bu alınmayanda alınmır. Təktərəfli olmur, hər şey qarşılıqlı olmalıdır. İkinci dəfə ailə qurduqdan sonra qızım dünyaya gəldi. Uzun illər əvəl oğlum azyaşlı olanda arzum var idi ki, yenidən ailə qurum və Zəhra adında bir qızım olsun. 12 il sonra mən ailə qurdum və qızım dünyaya gəldi.
Oğlumla qızım arasında 12 yaş fərq var. 12 il sonra Allah qızımı mənə hədiyyə verdi. Eybi yox, yenidən bu sənətə dönüb, ayağa qalxmaq çətin olsa belə, övladıma görə bunlara dəyərdi.
Qızıma baxıb deyirəm ki, "Nə yaxşı ki, qızım sən varsan". Uşaqlarım gözünü açandan analarının bu sənətdə olub, oxuduğunu görürlər. Özüm özümü saxlayıram, ailəmi dolandırıram.
Onlar bilirlər ki, bundan başqa peşəm, sənətim yoxdur. Səhnədəyəm, toylara gedirəm, tədbirlərə, məclislərə dəvət alıram. Mənim işim budur, qazanc yerim də sənətdir".
Aparıcı Kazım Sübhanın "Bu kameraya baxıb həmin insana nə demək istəyərdiniz" sözlərinə Rahidə "Yaxşı ki, yoxsan" qısa cavabını verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi





