Müşviq məhkəməni uduzdu, bu qədər təzminat ödəyəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, tanınmış film istehsalçısı "Cinemazadeh" aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib.
Milli.Az bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasındakı məhkəmə prosesi başa çatıb. Müşviq hər iki məhkəməni uduzub. Qərara əsasən o, qarşı tərəfə 26 min manat təzminat ödəyəcək.
Tanınmış film istehsalçısı "Cinemazadeh"in direktoru Cəfər Axundzadə də M.Şahverdiyevi onu təhqir etdiyi üçün məhkəməyə verib. Məsələ ilə bağlı açıqlama verən C.Axundzadə bunları söyləyib:
"Mənim haqqımda qeyri-etik ifadələr işlətmişdi. Buna görə də cinayət işi açılmışdı. Məhkəmə məni haqlı çıxartdı. Bunun üçün Müşfiq böyük məbləğ ödəməyəcək. Sadəcə, məhkəmə xərclərini və cüzi məbləğ ödəməlidir. Mən heç bir təzminat tələb etməmişəm. Guya, mən Müşviqin həbs olunmasını istəyirəm? Müşfiq mənim yanımda başqa söz danışır, gəlib üzr istəyir. Məhkəmədə deyir elə ifadələr işlətməmişəm. Amma kənarda başqa sözlər deyir".
C.Axundzadə əlavə edib ki, digər məhkəmə isə şirkətlə aktyor arasında olub. Buna görə isə aktyor şirkətə 26 min manat təzminat ödəməlidir.
Qeyd edək ki, tərəflər arasındakı qalmaqala səbəb şirkətin M.Şahverdiyevi filmə çəkmək istəməsi, amma sonradan bunun baş tutmaması olub.
Müşviq bildirib ki, sözügedən şirkət 3 film üçün ona 25 min manat avans ödəyib:
"3 film üçün 3 il əvvəl 2019-cu ildə avans ödəyiblər. Deyiblər ki, bu yay, qış heç bir filmə çəkilmə, film çəkiləcək. Filmin ssenarisi, komandası yox, gəlib məndən avans tələb edirlər. Hansı filmdir ki, mən çəkilişə getməmişəm? Yalandan, tutar qatıq, tutmaz ayran edib. Müşviq aldığı avansa görə, nə qədər işdən olub. Üç filmdən heç birinin yarısı çəkilməyib. 25 min manat ödəniş ediblər. Başqa layihələrdə yer almağıma icazə verməyiblər. Qarşı tərəf şərtlərə əməl etməyib. Mən onları məhkəməyə verməkdən, onlar məni verib. İndi məndən 90 min manat təzminat tələb edir ki, gəlməmisən, ziyana salmısan".
Aktyor daha sonra C.Axundazədinin ünvanına qeyri-etik ifadələr işlədərək "Hazırda şirkətə rəhbərlik edən Cəfər Axundzadə psixi problemləri olan şəxsdir, hansıki mən onu daha yaxşı tanıyıram. Bu adam gecə yatmayan, narkotik istifadə edən, min bir işlə məşğul olan insandır. Yəni onu normal adam kimi qəbul etmirik. Nəinki mən, film setində olanların hamısı onu yaxşı tanıyır" açıqlamasını verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





