Bəyimxanımın övladları ilk dəfə efirə çıxdı – VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Bəyimxanım Əliyevanın övladları ilk dəfə efirə çıxıblar.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, həmin anlar sənətçinin qonaq olduğu "Günaylı gün" verilişində yaşanıb.
Beş uşaq anası olan Bəyimxanımın iki qız övladlarından başqa üç oğlan övladı Kəlam, Kənan və Amin proqramın canlı yayımına qatılıb.
Müğənni bildirib ki, Kəlam və Kənan əkizdirlər. Onların 8, Aminin isə 6 yaşı var. Proqramın gedişatında Bəyimxanım beş uşaq anası olmağın məsuliyyətindən söz açıb:
"Beş uşağın anası olmaq asan məsələ deyil. Çünki mənim həm də işim, sənətim var. Mən bu sənətə dişim-dırnağımla, böyük zəhmətimlə gəlib çıxmışam. Mənim düşüncəmdə bir xanım üçün ilk növbədə onun ailəsi və övladlarıdır. Hər ikisi, yəni ailəm və sənətim də mənim üçün əziz, doğma idi. Çalışdım ki, nə qədər əziyyətli olsa da, bunun öhdəsindən gəlim. Uşaqlarım kiçik yaşlarında olanda qayınanam bizimlə birgə qalırdı və kömək edirdi. İndi övladlarımın hamısı böyüyüb, məktəbə gedirlər".
Əməkdar artist bildirib ki, həyat yoldaşı hər zaman ona dəstəkdir:
"Həyat yoldaşım yaşımın elə bir zamanında qarşıma çıxdı ki, o mənə həqiqətən də dəstək oldu. Hələ sənətdən kənar mənəvi dəstək oldu və yaşamağıma stimul oldu. Biz ailə qurmazdan əvvəl razılaşmışdıq ki, sənətimə davam edəcəyəm. Sağ olsun ki, o, sözünü tutdu. Amma mən el şənliklərinə getmirəm və bununla da mən əvvəlcədən razılaşmışdım. Hər bir ailə başçısının özünə görə qayda, qanunları var. Subay vaxtı mən toylara gedirdim. Günün bu günü də məni toylarında görmək istəyirlər. Amma deyirəm ki, məni anlayışla qarşılayın".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





