Dədən harada işləyir? – Azərtaşın verilişində “TƏPİK ATIR”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az yenicag.az-a istinadən Cəvahir Nehrunun yazısını təqdim edir:
-Dədən harada işləyir?
-Televizorda?
-Nə işinə baxır?
-Onu-bunu söyür, arada ağıl verir, lazım olanda əxlaq dərsi keçir, istəyəndə "təpik atır", "oyunbaz"lıq edir... Baxır aparıcının "tırkasına", birdir, ikidir, hansı birini deyim.
-Maaşı nə qədərdir?
-Baxır "tırka"ya necə getməsinə...
-Məsələn?
-O baxır meydangirliyinə, məclisi yaxşı qızışdırıb, reytinqi qaldıra bilsə, söyüşün biri bir qəpikdən...
Haçan baxırsan, efirlərdə, sosial verilişlərdə oturub, ona-buna ağıl verirlər, əxlaq dərsi keçirlər, şou yaratmaq lazım olanda da dərdini danışmağa gələn o bədbəxt, avam insanların üstünə hücum çəkirlər. Aparıcıların əlində alət olan ekspertləri deyirəm. Bu verilişdən çıxıb o birinə, o birindən çıxıb, bu birinə gedən ekspertləri... Əsl peşələri aktyor, şair, müğənni və psixoloq və s. Öz peşəsində "tutuzdura" bilmədiklərindən parlamaq üçün özlərinə verilişləri məkan seçiblər.
Məsələn, əvvəllər aktyorlar hansısa film, tamaşada rol alıb, bir gecənin içində bütün Azərbaycanda məşhur olurdusa, indi trend dəyişib. Aktyor üçün hansısa filmə çəkilməyə ehtiyac yoxdur. Eləcə də digər peşə sahiblərinə. Lalə Azərtaşın, Xoşqədəmin, Zaurun, Amilin verilişinə çıxıb, şüvən salmaq, təpik atmaq kifayət edir. Bir stəkan suyu kiminsə üzünə çırparaq oyun çıxarmaq, kiməsə əl qaldırmaq, səsinin yoğun yerinə salıb bağırmaq, kiməsə əxlaqsız damğası vurub, bir sözlə, özünü dədəsinin evində hiss edirmiş kimi studiyada meydan sulamaq bəs edir ki, külli-aləmdə tanınasan, daha doğrusu, rüsvayi-cahan olasan. Təki məşhur olasan, sosial şəbəkələrin, xüsusən də "TikTok"un gündəminə düşəsən, bir sözlə, efirlərdə olub, unudulmayasan. Abır-həyanı itirsən də olar.
Belələrinin övladlarına yazıgım gəlir. Təsəvvür edin, məktəbdə valideyn iclasına çağırırlar, uşaq deyir, dədəm işə gedib, vaxtı yoxdur gəlməyə. Evə çörək almaq lazımdır, arvad deyir, "kişi işdədir", Evdə lampanı dəyişmək lazımdır, gözləyirlər, "kişi" işdən qayıtsın. Səhər, günorta, axşam, bu insanlar "24 saat işdədir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Həyat yoldaşı Xuramana əsəbiləşdi: "Məni boşayacaq"
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
XƏBƏR LENTİ
-
Həyat yoldaşı Xuramana əsəbiləşdi: "Məni boşayacaq"
-
Avqustun 12-dəki Günəş tutulması bəzi bürclər üçün çox uğurlu olacaq
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir





