“İlhamə yaşasaydı, bu sözləri onun üzünə deyə bilərdinmi, Xoşqədəm?!”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyevanın ona aldığı hədiyyədən danışaraq müzakirələrə səbəb olub.
Belə ki, aparıcı efirdə mərhum Xalq artistinin hədiyyəsinin saxta olduğunu iddia edib:
"Ad günü idi. İlhamə Quliyeva dedi ki, sənə gözəl bir brilyant boyunbağı hədiyyə edəcəyəm. Qaşlı boyunbağı idi. And olsun Allaha, o boyunbağını boğazımdan çıxarmadım, gecə onunla yatdım. Səhər baxıb gördüm ki, boğazım qapqaradır. Etmədim tənbəllik yoxlatdırmaq üçün getdim həmin boyunbağını zərgərə göstərdim. Zərgər mənə dedi ki, bu nə qızıl, nə də brilyantdır. Bu, bijuteriyadır".
Milli.Az bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan mərhum İlhamə Quliyevanın qohumu, müğənni Əli Mirəliyev bu işin əslinin başqa cür ola biləcəyini deyib:
"Bu söhbətin dəqiqliyini bilmirəm, onların yanənda olmamışam, lakin bəzi mülahizələrim var. Ola bilər ki, İlhamə Quliyevanın özünə həmin boyunbağını orijinal adı ilə bağışlayıblar. O da həmin hədiyyəni bir başqasına hədiyyə edib. Ola bilməz ki, gedib özü saxta boyunbağı alıb kiməsə hədiyyə etsin. Düşünürəm ki, bundan heç İlhamə Quliyevanın özünün də xəbəri olmayıb. Bəlkə də bunu bilə-bilə edib... Hər şey ola bilər".
Əli Mirəliyev mərhum sənətkarın ölümündən sonra bu cür söhbətləri gündəmə gətirənləri tənqid edib:
"Bu gün İlhamə həyatda yoxdur, indi bu mövzunu açmağın nə mənası var? Bu gün çıxıb belə danışmaq düzgün deyil. İlhamə ölüb, Allah ona rəhmət eləsin. Hadisədir, olub, keçib, çıxıb bunu dilə gətirmək, fikrimcə, doğru hərəkət deyil. Onun deməyindən belə çıxır ki, İlhamə Quliyeva yalançı, "aferist" adam olub. Mən bu cür söhbətlərə yaxşı baxmıram. Dünyadan köçmüş insanın dalınca danışmazlar. İlhamə yaxşı müğənni, sənətkar olub. Bu gün çıxıb bu cür söhbətlər eləmək sizə nə verir?! İlhamə həyatda yoxdur, əgər o həyatda olsaydı, bu sözləri onun üzünə deyə bilərdinmi, Xoşqədəm?! Heç vaxt deyə bilməzdin. O sənin cavabını dərhal verərdi.
Mən İlhamə Quliyevanın qohumu kimi yox, bir insan kimi danışıram, əgər bir nəfər ölübsə, onun dalınca danışmağın heç bir mənası yoxdur. Bu, heç kəsə baş ucalığı gətirməz! Və bu sözlərin heç bir mənası yoxdur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
XƏBƏR LENTİ
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu
-
Əl yumaq üçün hansı sabun daha yaxşıdır?
-
Bu cihaz onlarla soyuducu qədər elektrik "yeyir"
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)





