Efirdə Teymurla Nanə arasında GƏRGİNLİK: “Düşünməyin ki, cavabınızı...” – VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Efirdə Əməkdar artist Teymur Əmrahla aparıcı Nanə Ağamalıyeva arasında gərginlik yaşanıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, buna səbəb sənətçinin qonaq olduğu "7 tamam" verilişində müğənnilərin canlı ifadan çox fonoqrama üstünlük verməsi ətrafında dilə gətirdiyi fikirlər olub.
"Səs yaranmayıb ki, sən hər dəqiqə fonoqram oxuyasan. Fonoqram "fon" deməkdir. Bu isə teatr və kinoya aiddir. Müğənnilər fonoqramdan "forsmajor" zamanı daha çox istifadə edirlər. Misal üçün, Müslim Maqomayev sağdır, konsertə gəlib səhnəyə çıxmalıdır, amma xəstədir. Ona fonoqramla ifa etmək olar. Çünki bu "forsmajor"dur. Niyə? Çünki M.Maqomayev 40 ildir ki, canlı oxuyur və kim olduğu artıq təsdiqlənib. Amma bir çox müğənnilər var ki, onlar özünü bu sənətdə təsdiqləməyiblər. Nanə xanım, çalışmayın ki, onların tərəfini tutasınız. Mən bu verilişə onları vurmaq üçün gəlməmişəm", - deyə T.Əmrah vurğulayıb.
Bu anda proqramın aparıcısı Nanə "Konsertlər olub və o müğənnilər orada canlı oxuyublar. Biz indi deyə bilmərik ki, konsertlər fonoqram ifalar ilə olub. Heç kimin zəhmətini kiçiltmək əsla olmaz" sözlərini dilə gətirib.
Əməkdar artist isə aparıcının bu fikirlərinə cavab olaraq "Düşünməyin ki, sizin cavabınızı verə bilməyəcəm. Xüsusi pult var. Konserti canlı verir, amma başdan ayağa "deton" oxuyur. Sonra isə studiyada o "detonları" bir-bir təmizləyirlər. Bundan sonra isə konserti efirə verirlər. Elə də başa düşülür ki, konsert "canlı" və "təmiz" idi" sözlərini dilə gətirib.
Müğənninin bu sözlərinə isə aparıcı heç bir arqument gətirə bilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





