"Hırıldaya-hırıldaya deyir ki, günə 5 min manat xərcləyirəm, bu harınlamaqdır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heç kimə sirr deyil ki, bu gün Azərbaycan səhnəsində olan tanınmışların bir çoxu yüksək məbləğə toylarda aparıcılıq edir. Kimi müğənni, kimi tamada, kimi isə sadəcə aparıcı kimi. Televiziya aparıcılarının toy qiymətləri isə kifayət qədər yüksəkdir, onlar arasında məclislərə 20-25 min manata gedənlər də var.
Milli.Az bildirir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan tanınmış yazıçı-jurnalist Anar Vəziroğlu bildirib ki, bunun günahı məhz cəmiyyətdədir:
"Aparıcılara tələbat var ki, cəmiyyət onları toy məclislərinə dəvət edir. Məsələn, camaat toyunda Zaurla Günayı, Elgizi, Zaur Kamalı görmək istəyir ki, çağırır. Elə buna görə də onlar çıxıb rahat şəkildə deyirlər ki, mən filan qiymətə toylara gedirəm. Amma sabah bu toy sahiblərinə desən ki, bir adam var, ona yardım etmək lazımdır, bu zaman onlar hamısı "ağlayacaqlar", deyəcəklər ki, pulumuz yoxdur.
Əvvəl mən də inanmırdım ki, insanlar bu qədər pul verib kimlərisə toyuna çağırar, amma çağırırlar. Xalqımızın içində bu cür bədbəxtlər var. Bu insanlar bədbəxtdirlər. Birdən-birə pul görən adamlar bilmirlər hara xərcləsinlər. Söhbət bax budur. Normal insanlar bilir ki, məclis bahalı müğənnilərsiz, aparıcılarsız da gözəl keçə bilər. Bəzi insanlar toyu təkcə uşaqlarını xoş günü məqsədilə yox, həm də həndəvərinə özünü göstərmək üçün edir. Bu cür adamlar minlərlə manat pul xərcləyib məşhurları məclisə dəvət edirlər. Belə insanların çoxunun qızı bir müddət sonra boşanır, oğlanları qaçır. Bəzən evliliklər 1 il, 6 ay çəkir, sonra cütlüklər boşanırlar. Boşanandan sonra məclisə gələn bütün qonaqlar da, aparıcılar da, müğənnilərdən də yaddan çıxır. Ölkəmizdə həddindən çox qudurmuş insanlar var".
A.Vəziroğlu qeyd edib ki, bəzi şəxslər məclislərinə lazımsız yerə minlərlə manat pul xərcləyir və israfçılıq edirlər:
"Bir müddət əvvəl mənimlə yaşıd olan bir yaxınım məni 60 illik yubileyinə dəvət etmişdi. Getdim gördüm ki, respublikadan elə adam yoxdur ki, məclisdə olmasın. Fəxrlə deyir ki, məclisimə 140 min manat pul xərcləmişəm. Evin yıxılsın, 140 mini bura niyə vermisən? Bu, qudurmuşluqdur, bunun başqa adı yoxdur!
Bəzi məşhurlar da deyir ki, mən 20 minə, 25 minə məclislərə gedirəm. Çünki bilir ki, düşük insanlar çoxdur və ona o qədər pulu verib dəvət edəcəklər. Hırıldaya-hırıldaya deyir ki, mən günə 5 min manat xərcləyirəm. Bir insanın gündəlik xərci 5 min manat ola bilərmi? Bu harınlamaqdır. Belə insanların olduğu yerdə aparıcıların da toylara 15-20 min manata getməsinə inanmaq lazımdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





