Şou-biznes

1 həftəyə 1 milyon - VİDEO

25 May 2024 00:55
Baxış: 1 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımovanın türkiyəli müğənni-bəstəkar Genco Ecerlə oxuduğu "Maşallah" mahnısı yutubda qısa vaxtda 1 milyondan çox izlənilib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yayımlandığı gündən böyük marağa səbəb olan mahnı sosial şəbəkələrdə də viral olub. Mahnıya TikTokda həm Azərbaycan, həm də Türkiyə seqmentində minlərlə video çəkilib. Bir çox məşhur türk bloger mahnı ilə bağlı paylaşım edib.

"Maşallah" Azərbaycanla yanaşı Türkiyədə də radio və telekenallarda yayımlanır.

Pop kraliça klipin kadrarxası məqamlarını paylaşaraq "Maşallah"... 1 milyon sevgi" qısa şərhini yazıb. 

Qeyd edək ki, "Maşallah"ın rejissoru Selim Akardır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.