““TikTok”da kasıbın 3-5 hədiyyəsinə möhtacsan”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənnilər Türkan Vəlizadə və Vəfa Şərifova arasında qalmaqal yaşanıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, buna səbəb Türkanın "TikTok" video platformasında canlı yayım açaraq əvvəlcə həmkarı Vəfanın fanatlarının, sonra isə onun özünün ünvanına xoşagəlməz sözlər deməsi olub.
T.Vəlizadə bunları söyləyib:
"O bəzi fanatlar, ağzınızı cıraram. Özü də elə cıraram ki, tikməyə iynə, sapınız olmaz. Açıq-aşkardırsa, sizin ağzınızı cıraram. Sizin başınızın üstündə dayanan böyüyünüz var, onun da ağzını cıraram. Bu mahnının "peçatını" vurdum. Bu "peçat" necə vuruldusa, vurulandan sonra obirilərinə (Vəfanı nəzərdə tutur - red.) dəydi. Aləm dəydi bir-birinə. O "peçatı" qoydular alınlarına".
Türkanın bu görüntüləri sosial şəbəkəyə yayıldıqdan sonra Vəfa "Instagram" səhifəsində məsələ ilə bağlı videoaçıqlama yayıb:
"Bir ildən çoxdur ki, bu insanlar "Story"lər çəkərək, "TikTok"da canlı yayımlar açaraq dayanmadan mənə söz atırlar. Elə bir mövzu yoxdur ki, onlar buna toxunmasınlar. Mən kəndçi qızıyam bunlar isə şəhərli qızlardır. Bunlar müasir, dəbli, mən isə müasir və dəbli deyiləm.
Danışığıma, oxumağıma, mahnılarıma, geyimimə söz qoşub mövzu edirlər. Elə bir mövzu yoxdur ki, bunlar toxunmasınlar. Bəsdirin! Niyə özünüzü gülünc vəziyyətinə qoyursunuz? Mən susduqca, siz biraz da üstümə gəlirsiniz. Bu gündən sonra mənə hansınız söz atsanız, ağzınızı açsanız, səhifəmin "Story" bölümündə paylaşacağam ki, qoy, insanlar görsünlər ki, kimdir davakar.
Nə vaxt payınızı verirəmsə, davakar və pis adam mən oluram. Sizin bu şeylərinizə də susmalıyam? Mahnının "peçatını" vurmusan. Çox gözəl, təbrik edirəm. Amma hələ də "TikTok"da canlı yayım açıb o kasıb insanın 3-5 hədiyyəsinə möhtacsan. Bilirsən niyə? Çünki o qazancın haram yolladır.
Çünki sən mənim haqqıma girmisən. O haqla da qazandığın pulun bərəkəti heç bir zaman olmayacaq. Görüb, görəcəyin də elə o mahnı olacaq. Bundan sonra isə heç bir mahnın tutmayıb, tutmayacaq da. Çünki hamilə bir qadının ahını Allah heç bir zaman yerdə qoymaz. Heç kimdə qoymaz nəinki, səndə".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





