"Məni "qara siyahı"ya atdılar, sakitləşdim"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu yay mütləq yeni film olacaq. Mənim xoşuma gələn rejissorun xoşuna gəlmir, rejissorun bəyəndiyini mən qəbul etmirəm. Əsas ssenariyə baxıram, qonorar problem olmur. Pul mərhələsini keçdim, onsuz da qəbullandım ki, qonorar qane etmir. Pandemiyadan sonra yerli film istehsalı və alıcı qüvvəsi zəifləyib. Buna görə də istehsalçıları qınaya bilmirəm".
Milli.Az bildirir ki,bu sözləri axşam.az-a açıqlamasında aktyor Elməddin Cəfərov deyib. O bildirib ki, uzun fasilədən sonra yenidən serial çəkmək qərarına gəlib:
"Bu dəfə Müşviq Şahverdiyevlə işbirliyi quracağıq. Seriala hazırlaşırıq, ATV-də yayımlanacaq. Hər şeyi açıqlaya bilmirəm. Çətindir, hamımızın istəkləri var. Arzuladığımız səviyyədə olsa, Azərbaycandan xaricə satılan ilk serial olacaq. Orta Asiya dövlətlərindən biri ilə danışıqlar aparılır. Mənim "Netflix"ə film verməyim çətindir. Büdcəsi ona uyğun deyil. Heç kim maliyyə ayırmır. Öz cibimizdən pul qoyuruq".
Elməddin artıq şirkətlərin televiziya verilişlərinə sponsorluq etmək istəmədiklərini söyləyib:
"Sosial şəbəkə bu sahəyə çox təsir etdi. Televizora baxan yoxdur, hamı verilişi və ya filmi, serialı sosial şəbəkədən izləyir. Bu da sponsorların efirdən getməsinə səbəb oldu. Onlara heç nə də deyə bilməzsən. Sosial şəbəkələr və platformalar bu gün bütün dünyada televiziyanı çox pis vurdu".
Aktyor bir müddət əvvəl dediyi "Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır" sözlərinə aydınlıq gətirib:
"Məni "qara siyahı"ya atdılar, tam sakitləşdim. Dediyim, əvvəlki komanda haqqında idi. Yəni 25 il ərzindəki durumdan danışdım. Onlardan heç bir istəyim yoxdur, amma Bakıda olan bir tədbirə məni başqa ölkədən dəvət edirlərsə, bundan inciyirəm. Düzdür xarici şirkət tərəfindən hansısa tədbirə dəvət almaq xoşdur, amma niyə öz ölkəmdə məni görmürlər?
Onu deyim ki, nazirliyə aparılan filmlərin, layihələrin heç birinə pul ayrılmır. Bütün ətrafımda olanlar nazirliyə layihə verirlər. Keçir, "əladır" deyirlər, amma maddiyyat ayrılmır. "Əla" deyilir, bəs? Əgər maddiyyatı özüm xərcləyirəmsə, niyə nazirliyin adı yazılsın? Axı bu ora pul qoyan sponsora da haqsızlıqdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
XƏBƏR LENTİ
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)





