Rasim Balayev Baş nazirə müraciət etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev "Kinematoqrafiya haqqında" qanunun yerli kinematoqrafçıların qonorarlarını nizamlayan 38 nömrəli qərarı ilə bağlı Baş nazir Əli Əsədova məktub ünvanlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məktubda deyilir ki, Hesablama Palatasının dövlət sifarişini icra edən dövlət studiyalarında apardığı yoxlamalarda əsas iradlardan biri müəllif qonorarlarının sözügedən qərarda təsbit edilmiş məbləğlərdən çox olmasıdır.
Son iki ildə kino istehsalının durğunluğuna da diqqət ayıran AKİ sədri məktubunda qeyd edir: "1997-ci ildən sonra minimal əməkhaqqı dəfələrlə artıb, hətta 2016-cı ildən ölkəmiz uğurla yeni manata keçib, işçi əməyinin keyfiyyəti və dəyəri yüksəlib. Qeyd edim ki, adıçəkilən qərardan 27 il keçməsi səbəbindən kino sahəsində yeni peşələr də əmələ gəlib ki, onların qonorarlarının məbləğini bu qərar ehtiva etmir. 2023-cü ildə Palatanın apardığı yoxlamanın nəticələri AR prokurorluğuna göndərilib. Prokurorluq orqanları da aparılan yoxlamaya əsasən qonorarların 1997-ci ildə qəbul edilmiş qərara əsasən verilməməsini, məbləğindən asılı olaraq artıq sərfiyyat və ya mənimsəmə kimi şərh edir. Qeyd edim ki, iki ildir dövlət tərəfindən maliyyə ayrılmasına baxmayaraq, dövlət sifarişi ilə film çəkilişləri dayandırılıb.
1997-ci ildə qəbul edilən qərara çəkiliş heyətinin məvaciblərinin miqdarı da daxildir və qərarın tarixini nəzərə alsaq, oradakı məbləğlərin indi qəbul edilmiş minimal əməkhaqqından az olması heç də qəribə deyil. Bu hal da istehsalı reallaşdıran studiyaları, Əmək Məcəlləsini pozmamağa, amma, 38 nömrəli qərarın bəndini pozmağa məcbur edir və nəticə olaraq Hesablama Palatası iradlarını bildirir. Xahiş edirəm, adıçəkilən qərarın dövlət sifarişi ilə film istehsalının bərpa olunmasına ciddi maneə yaratması səbəbindən aidiyyəti şöbələrə qərarın zamanın tələblərinə uyğunlaşdırılması göstərişini verəsiniz".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





