“Məni parodiya edərək böyük aktyor olub ” – VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artistlər Elza Seyidcahan və "Bu şəhərdə" estrada teatrının üzvü Rafael İsgəndərovun arasında qalmaqal yaşanıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, tərəflərin "münaqişə" mövqeyində olması "Rəngarəng səhər" verilişində üzə çıxıb.
Rafael bildirib ki, Elzanı parodiya etməsi onun xoşuna gəlməyib və bununla bağlı onların arasında mübahisə düşüb.
Məsələni aydınlaşdırmaq üçün proqramın heyəti E.Seyidcahanı efirə qoşublar. Lakin R.İsgəndərovun bundan xəbəri olmayıb. Verilişin aparıcısı Zaur Nəbioğlu aktyora "Alo" deməsini və qonağı salamlamasını istəyib. Elzanın səsini və adını eşidən Rafael istehza ilə "Bağışlayın, səhv düşmüsünüz" sözlərini dilə gətirib.
Seyidcahan isə cavab olaraq "Yaxşı, səhv düşmüşəmsə, onda sağ olun" fikrini ifadə edib. Daha sonra Əməkdar artisti yenidən canlı efirə bağlayıblar.
Zaur Rafaelin "Bu gündən sonra "Bu şəhərdə"nin ssenaristi Müşfiq Abbasov Elza Seyidcahan haqda hansısa bir parodiyanı yazsa da, özümə qadağa qoyuram, onu etməyəcəyəm" sözləri ilə Elzanın fikirlərini öyrənməyə çalışıb.
Seyidcahan isə cavab olaraq bunları söyləyib:
"El misalı var "Qınından çıxdı, qınını bəyənmədi. İndi yəqin, Rafaelin Elzaya ehtiyacı yoxdur. Elzanın sayəsində Rafael gəlib olub böyük aktyor. Məni parodiya edərək Rafael sevilib. Rafael böyük sənətkardır. Mənim kimi sənətkarları təqlid edəndə əlbəttə ki, bu, alqışa layiqdir. Həm Rafaelin, həm də Coşqunun sənətlərinə böyük hörmətim var. Rafael hərdən bir sataşır və zarafatlaşır. O da ki, aktyordur da... Nə edək? Sənətidir, başa düşürük. İndi də Rafael aktyorluq edir. Yəqin, yeni tamaşaya hazırlaşır. İnsanı çox havalara salarlar, amma insan yalnız ürəyi istəyən havanı oynayar. Mən heç birinə məni parodiya etməsinə də qadağa qoymuram".
Elzanın bu fikirlərinə isə Rafael "Coşqunu da, Müşfiqi də bağrına basdın. Amma onu da biləsən ki, o parodiyanı Müşfiq yazıb, mən də oynamışam. Nə deyirsən?
Amma sən zəng edib etirazını mənə demisən. Müşfiqə deməmisən ki, bu parodiyanı sən niyə belə yazmısan?" Bizim səninlə yazışmalarımız var və istəyirəm ki, bu mövzu bizim aramızda qalsın. Mən Müşfiqin yazdığından kənara çıxmamışam" sözləri ilə cavab verib.
E. Seyidcahan, həmçinin vurğulayıb ki, proqramın aparıcısı Z.Nəbioğlu ilə danışmır və verilişə də məhz "Bu şəhərdə"nin aktyorlarına görə zəng edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





