“Gözümü qaldırıb yerdə uzanan Oqtayı gördüm və yenə huşumu itirdim” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu il boyu bu barədə danışmadım. Mənə olunan bütün zənglərdən imtina etdim. Heç bir zəngə cavab vermədim və heç bir televiziyaya bu barədə çıxıb danışmadım. Yəqinki, mən də böyük bir şok keçirdim. Hər gün bunu özümdə analiz edirdim. Çox böyük xəsarət almışdım. Fikirlərim dağılmışdı. Amma o günü yadıma salanda... Avtomobil yol kənarına çıxanda başımı qaldırıb bir neçə dəfə "Oqtay" deyib, onu çağırmağa başladım. Anladım ki, Oqtay yoxdur. Heç Oqtaya baxmağa bir məqam yox idi. Sanki Oqtay susmağı ilə mənə dedi ki, heç bir problem yoxdur".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Mehriban Zəki qonaq olduğu "Ötən günlər" verilişində deyib.
Sənətçi bir il əvvəl həmkarı Əməkdar artist Dilarə Əliyeva və onun həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi və "SOY - production"un təsisçisi Oqtay Əliyevin dünyasını dəyişdiyi dəhşətli qəza ilə bağlı ilk dəfə geniş açıqlama verib.
Mehriban bildirib ki, qəza zamanı o, huşunü itirib və hadisədən bir gün sonra O.Əliyevin öldüyünü öyrənib:
"İlk zərbədə mən huşumu itirdim. Sonra huşum ağlıma gələndə ilk Dilarənin səsini eşitdim. O söyləyirdi ki, "Mehribanın üzü qandır... Oqtay, Oqtay..." Mən nə baş verdiyini... Dumanlı şəkildə... Sonra sosial şəbəkələrdə o şəkillərə baxanda sağolsunlar - dırnaq içərisində deyirəm. Naxoş olan şeylərdir onlar. Bir insanın qəzasını, onun faciəsini o şəkildə paylaşmazlar. Amma o şəkillərə baxanda özümün o halım heç yadımda deyildi. Yadımda olan isə gözümü qaldırıb yerdə uzanan Oqtayı gördüm sonra yenə huşumu itirdim. Sonra hər dəfə mən gözümü açdıqca Dilarənin və Oqtayın vəziyyətini soruşurdum.
Mənə son ana qədər demədilər... Mən səhərisi gün bildim ki, Oqtay dünyasını dəyişib. Artıq bu hadisənin üzərindən bir il keçib... Söylənməsi olan Oqtay o susqunluğu, dinməməzliyi ilə yenə də sanki problem yoxdur, mən xoşbəxtəm... Sonra Dilarənin də bir sözü yadımdadır ki, Oqtayın baxanda bir xoşbəxtlik onun üzündə var idiki... Allah ona rəhmət eləsin! Hər zaman onu yalnız xoş xatirələrlə anırıq. Oqtay, problem yoxdur...".
Qeyd edək ki, Oqtay Əliyev 22 mart 2023-cü ildə yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Belə ki, Abşeron rayonu ərazisində onun idarə etdiyi "Toyota Lexus" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində 54 yaşlı Oqtay Əliyev dünyasını dəyişib, avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





