Taleh Yüzbəyovdan tənqidlərə CAVAB: "Yoldaşımın paylaşdığını da..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhur aktyor Taleh Yüzbəyov son günlər ona ünvanlanan tənqidi fikirlərə etiraz edib.
Milli.Az sfera.az-a istinadən bildirir ki, aktyor xüsusilə haqqında istənilməyən yazı dərc edənlərə münasibət bildirib. O qeyd edib ki, Xalq artistlərinə provokasiya tipli suallar verəndən sonra onun sosial şəbəkədə yazdığı statusu da təhrif edib paylaşıblar:
"Sonra yenə ağsaqqallardan müsahibə aldılar, biri dedi: "Taleh Yüzbəyov qələt danışır!" ("Taleh Yüzbəyov qələt edir!" kimi başlığa çıxarıldı), o biri dedi: "...efirə yığılaq, millət görsün kim kişidir, kim dişi...". Sonra bəzi saytlar bu başlıqları da mənim adımdan paylaşdılar ki, guya mən onlara demişəm bu sözləri....Ağsaqqallarımız kimi xalqımızın müəyyən hissəsi də xəbəri oxumadan başladılar məni tənqid etməyə ki, Taleh Yüzbəyov qudurub! Mən isə heç bir ağsaqqalımıza cavab vermirəm. Əvvəla ona görə ki, işə baxılmadan olunan tənqidi faydalı saymıram, mənim cavabım, onların təhqirlərinə idi. Tənqid isə azaddır. Bəyənənlərin də əlinin içindən gəlir, bəyənməyənlərin də. İkincisi, cavab verib, hansısa sayt və səhifələrə layk və komment yığmaq üçün material vermək istəmirəm. Bu işdə Xalq artistlərimizin də istifadə olunmasını rəva bilmirəm".
T.Yüzbəyov deyib ki, guya "Alatava"nı tənqid etmək istəyənlər və onlara dəstək verən izləyicilər istəmədən və bilmədən seriala xeyir verdilər:
"Üstəlik, tənqid olunan məqam odur ki, efirdə söyüş olmaz. Neçənci dəfədir deyirik, efirdə söyüşlü versiya göstərilmir. Efirdə söyüşlər səssizləşdirirlir. Yalnız "Youtube"da senzurasız versiya təqdim olunur. Hətta bura senzura istəyənlər var idi. Bu isə tamam başqa bir mövzudur. Nəhayət, "Youtube"da da iki seçim verildi: senzurasız və senzuralı versiya. Yəni orada da seçim edə bilərsiniz. Bugünlərdə isə yoldaşımın zarafatla paylaşdığı videonu da xəbər eləyiblər: "Taleh Yüzbəyov yoldaşını siqaretlə yandırdı!". Əlində 24 saat siqaret olan adam kimi istəmədən alınmış bir şey idi. Saytlar isə məni cəmiyyətə ailə zorakılığı törədən manyak kimi təqdim edir. Yenə də xəbəri oxumadan tənqid eləyənlər yazır ki, Taleh Yüzbəyov qudurub!".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
XƏBƏR LENTİ
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)





