Nazilə Səfərli: "Nədir axı Cavanşir Məmmədovun ölümünə sevinmək?" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Deyirəm gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşir müəllimin (mərhum Əməkfar artist Cavanşir Məmmədov - red.) ölüm xəbərinə açığı pis oldum. Biz çox da yaxın deyildik. Uzaqdan uzaga "salam, sagol". Yazılan şərhləri oxuyuram bədənim əsir. Niyə axı? Neyləmişdi sizə bu yazıq adam?".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Nazilə ötən gün qəfil dünyasını dəyişən Əməkdar artist Cavanşir Məmmədovla bağlı sosial mediada yazılan neqativ dolu şərhlərə etirazını bildirib:
"Cavanşir müəllim ölən gününəcən işləyib. Heç kimə möhtac olmayıb. Ən güclü ansambl zamanında onun olub. Ən bahalı toylara dəvət alıb. İşçilərinə böyük hörmətlə yanaşıb. Haqq yeməyib. Heç kimi toydan burmazdı. İşçiləri xəstələnəndə belə gəlmədikləri gün maaş verib. Siyasi xadim deyil, pis vərdişi yox, heç kimin namusuna göz dikməyib. Sadəcə səsli düşünən kompleksiz insan olub. Başqa necə olmalı idi ki, bir rəhmət yazasınız? Onu sevməyə bilərdiniz, bunu sizdən istəyən də olmayıb. Nifrətin də əsası olmalıdı. Onun ölümünə sevinmək nədir? Lap tutaq ki, pis adam olub. Sizə nə? Kim bilir necə öləcək? Bəyəm hamıya torpaq qismət olur? Cavanşir müəllim Allah sizə rəhmət eləsin. Allah haqqsız yerə sizə pis şərhlər yazanların ömründən kəsib balalarınıza calasın".
Qeyd edək ki, C.Məmmədov 70 yaşında evində qəfil ürəktutmasından vəfat edib. Sənətkar anası Güllü Məmmədovanın yanında Yasamal qəbirstanlığında torpağa tapşırılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





