Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İctimai TV-nin efirində yayımlanan "Alatava" serialı marağa səbəb olsa da, bir çox izləyicinin tənqidinə tuş gəldi.
Buna səbəb aktyor və ssenarist Əlixan Rəcəbovun layihəsində qeyri-etik ifadələrin açıq və hətta xüsusi vurğu ilə işlənməsi olub. 45-48 dəqiqəlik serialda tez-tez vulqar ifadələrin, jarqonların istifadəsi bir çox izləyici tərəfindən sərt şəkildə qınandı.
Milli.Az bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Əli Nur serialda bu cür ifadələrin işlənməsinin qəti əleyhinə olduğunu bildirərək ekran işini sərt şəkildə tənqid edib:
"Bu cür "rejissorcığazlar" layihələrində tərbiyəsizliyi nümayiş etdirirlər. Onlar mənəviyyatdan, Azərbaycan tarixindən, millətin qələbəsindən, gələcəyindən xəbərsiz olan zümrədir. Bu kimi şəxslər bir virusdur ki, Azərbaycan televiziyasının canına düşüblər. Bu cür seriallar çəkmək ayıbdır, onların abrı, həyası yoxdur!
Televiziya kanallarının rəhbəri gərək buna nəzarət etsin və belə layihələrin efirdə, milyonların qarşısında yayımlanmasına icazə verməsin. Belələrini ekrana buraxmaq olmaz".
Teatr aktyoru hər kəsin serial çəkməyinin gərəksiz olduğunu bildirib:
"Hər yoldan ötən, koldan keçən başlayır serial çəkməyə. Belələri elə özləri kimi yoldan ötənləri yığıb aparır və film, serial çəkir. Belə olmaz! Bütün bunlara nəzarət olunmalıdır. Aidiyyəti qurumlar belə məsələlərə diqqət etməlidir. Hər şeyi başlı-başına buraxıblar, kim nə istəyir edir. Bu, rəsmən həyasızlıqdır, fahişəliyin təbliğidir! Ekranda, səhnədə söyüş söymək olar?! Səhnə müqəddəs yerdir, aktyorlar dahi dramaturqların yaradıcılığı sayəsində insanlara yol göstərir, tərbiyə, əxlaq verirlər. Bu cür tribunada söyüş ola bilərmi? Mən bu cür seriallara ümumiyyətlə baxmıram, hərdən vaxtım olanda tarixi, maarifləndirici türk seriallarına baxıram.
Bu cür gənclər isə başı əzilməli adamlardır. Onları tədbirlərdə görəndə ağzıma gələni demişəm, hətta gördükləri işi təhqir də etmişəm, lakin xeyri yoxdur. Onlar sırtıqlaşıblar, bilmirlər necə şöhrət qazansınlar, hər cür ucuz, ləyaqətsiz, tərbiyəsiz yollara əl atırlar. Belə seriallarla şöhrət qazanmaq istəyirlər, amma olmaz! Bunun səbəbi nəzarətin olmamasıdır. Ekran işləri üçün professional rejissorlar lazımdır. Sovet dövründə rejissorlar elə filmlər çəkirdilər ki, baxdıqca doymaq olmurdu. O filmlərdə əxlaqsız sözlər işlədilmirdi. Bir də indi çəkilənlərə baxın... Biabırçılıqdır".
Sənətçi gənclərin bu cür danışığa "təbiilik" adı altında bəraət qazandırması ilə razılaşmayıb:
"Təbiilik belə olmur, bu, tərbiyəsizlikdir. Bu hərəkətin başqa adı yoxdur. Onda naturalizm adı altında gərək insanlar lüt gəzsinlər? Bu nə arqumentdir? Söyüşsüz də təbiilik olur, bu isə həyasızlıqdır.
Buna sənətdə vulqarizm deyirlər və eybəcərlik sayılır. Bunların yiyəsi yoxdurmu? Azərbaycan mədəniyyətinə ciddi nəzarət lazımdır, 3-5 nəfərin tənqidi ilə belə şeylərin öhdəsindən gəlmək çətindir. Gərək kütləvi surətdə onları əzəsən, tribunalardan çıxarasan. Bu gün televiziyalara alimləri, savadlı sənət adamlarını çağırmırlar, onlara danışmağa imkan vermirlər. Nəticəsi də bax bu cür olur".
Qeyd edək ki, İTV-də yayımlanan "Alatava" serialında Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Kamran Ağabalayev, Abbas Qəhrəman, Azər Aydəmir, İlkin Xəlil, aktrisalar Zemfira Əbdülsəmədova, Fəridə Şahbazova, Rumiyyə Ağayeva, Aydan Həsənzadə yer alır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İbrahim Borçalının xanımı ilə rəqsi - (Video)
-
Aysun İsmayılova: "Övladım xəstələnəndə ona çarə tapa bilmədiyim üçün ağlamışam"
-
Ülviyyə Xəlilbəyli: "İnsan özü yaşayarkən, keçmişinin yasını tutur" (Foto)
-
Xalq artisti: “Nəvəmin müğənni olmasına icazə vermərəm"
-
Röya Ayxan gəlinlərinə təriflər yağdırdı (Video)
-
Bella Hadidin illərdir gizlətdiyi xəstəlikləri - İlk dəfə açıqladı
XƏBƏR LENTİ
-
İbrahim Borçalının xanımı ilə rəqsi - (Video)
-
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
-
Test ləğv oluna, yeni modelə keçilə bilər
-
Aleks de Souza "Seara"nın baş məşqçisi oldu
-
Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Valeh Ağayev vəfat etdi
-
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - (Video)
-
“Buralar” layihəsinin ilk filmi -“Şamaxı” təqdim olunacaq - (Video)
-
Fuad İbrahimovun rəhbərliyi ilə klassik musiqi nümunələri səsləndirilib - (Foto)
-
Yusif Xəlilovun daha 20 obyekti dövlətə qaytarıla bilər
-
Restoranlar tək gələn müştəriləri niyə qəbul etmir?
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Mozaika sənətinin sirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah bu rayonda işıqlar 3 saatlıq sönəcək
-
Ev ailənin kiçik övladına qalır?
-
Aysun İsmayılova: "Övladım xəstələnəndə ona çarə tapa bilmədiyim üçün ağlamışam"
-
Bakının bu qəsəbəsində torpaq alanlar 5 ilə varlanacaq
-
Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqləyib
-
Ülviyyə Xəlilbəyli: "İnsan özü yaşayarkən, keçmişinin yasını tutur" (Foto)
-
Həsən ölümündən əvvəl hansı xəbərlə ailəsini sevindirmişdi?
-
Xalq artisti: “Nəvəmin müğənni olmasına icazə vermərəm"
-
Ramiz Mehdiyev evindən məhkəməyə qoşuldu, qızı da dindirildi
-
"Ziraat Bank Azərbaycan" X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib! - (Foto)
-
Qara Cümə endirimləri başladı: Azərbaycanlılar ən çox nəyə pul xərcləyir? - Araşdırma
-
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır





