"Hamının acığına Röya ilə düşmən olmayacağam”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"3-4 ay əvvəl həmkarlarım Röya Ayxan və Natavan Həbibi üzvü olduğumuz keçmiş "W-trio" qrupundakı çıxışımızın arxiv videosunu sosial şəbəkə hesablarında paylaşmışdılar. Adımı da həmin videoya əlavə etmişdilər. O videonu səhifəmdə "repost" edib yazdım ki, "Qızlar, məni kövrəltdiniz. Sizi sevirəm". Bu, hisslərimdir. Bu hiss ya var, ya da ki, yoxdur. Bu hiss var. Onun da adı sevgidir".
"Bir gün Elnarə ilə üzbəüz gələndə yapışacağam onun boğazından ki..."
Röyadan Elnarəyə cavab - "Dəli adamdır" -FOTO
Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Xəbər-ətər" verilişində deyib. Sənətçi Xalq artisti Röya Ayxandan danışaraq, ona təşəkkür edib:
"Hər zaman müsahibələrimdə deyirəm ki, Röya və Natavan "W-trio" vaxtında necə yaddaşımda qalıblarsa, indi də elədir. Bir qabdan yemək yeməyimiz, bir yastığa baş qoymağımız, tonlarla çörək kəsməyimiz. Bu, elə-belədən deyil. Röyanın sözünə qüvvət deyim ki, onunla mənim aramda heç bir şeyin ədavəti və kini-küdurəti ola bilməz. Biz düşmən deyilik ki... Mən efirdən istifadə edib, Röyaya təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də... Həmçinin mənim ətrafımda olan ikiüzlü, satqın, yaltaq insanlara qarşı Röya bu sözləri ilə mənim gözlərimi açdı.
Röya, çox sağ ol və nə yaxşı ki, varsan. Yaxşı ki, zamanında mən belə şeylərə gözümü açıram. Mənim gözlərimdə hər zaman çəhrayı eynək olub. Mən heç zaman insanlarda, hətta varsa belə, eybəcərliklərini və o pisliyi görmək istəmiyən biriyəm. Hər zaman xoşbəxt sonluğa inanan insanlardan biriyəm. Hesab edirəm ki, bu sənət nə qədər var və nə qədər yaşayacaq o qədər də Röya, Elnarə və Natavan "trio"su yaşayacaq.
Biz əsla düşmən deyilik. Ola bilər ki, biz dost da deyilik. Hazırda münasibət yoxdur və bir-birimizin evinə gedib-gəlmirik. Sözüm arada gəzən insanlaradır: Çox çalışdınız, əlləşib-vuruşdunuz ki, mənimlə Röyanın arasını vurasınız, bizi bir-birimizə düşmən edəsiniz. Hər şeyə və hər kəsə inad Röya ilə düşmən olmayacağam. Elə bax, sizin acığınıza. O arada qalan insanlar var ki, özlərinə yer tapa bilmirlər, hamam suyu ilə özlərinə dost tutanlar, siz heç bir şey edə bilmədiniz. Bizim çox gözəl münasibətimiz olacaq. Bu səhnəyə və bu sənətə meydan oxuyacayıq. Bir yerdə gözəl layihələrə imza atacağıq. Pislik isə sizin özünüzə qaldı".
Qeyd edək ki, Elnarə dəfələrlə Röya və Natavanla bağlı qalmaqallı açıqlamalar verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





