Nizami Rəmzinin qızı: “Atamın övladı olduğunu deyən qadından DNT testi tələb edirəm”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərhum meyxana ustadı Nizami Rəmzinin qızı Heyran "Elgizlə izlə" ictimai-sosial verilişinin efirinə çıxaraq özünü onun atasının qızı olduğunu iddia edən Reyhanla bağlı qalmaqallı açıqlama verib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, Heyran bildirib ki, atasının Reyhan adında bir qızı olmayıb.
Bu səbəbdən isə o qarşı tərəfin DNT testdən keçməsini tələb edib:
"Mən Nizami Rəmzinin vağzalı sədaları və ellər görmüş toyu ilə dünyaya gələn övladıyam. Gəlsinlər, məndən DNT testi götürsünlər. Özünü atamın qızı olduğunu iddia edən xanımdan da həmin testi götürsünlər. Mən bunu tələb edirəm. Mən özümə bu mövzuda güvənirəm. O da əgər güvənirsə DNT testindən keçsin.
Bu mövzu artıq məni boğaza yığıb. Kim nə edir, nə etmir, gəlirlər mənə "bacına get yiyə dur" kimi sözlər deyərək, məni təhqir edirlər. Mən dünyaya gələndə mənimlə müqavilə bağlamışdılar? Mən kimlərinsə atası, anasıyam? Bəs mənimlə kim maraqlanacaq? Mənim o xanımla aramda 4-5 yaş fərq var. Mən bir ara yox idim, dedilər ki, "ölmüşəm". Söyləyirəm onlara ki, "Kraliça geri döndü".
İndi mən onlara meydan oxuyum, onlar da baxsınlar. Onlar bu kimi məsələlərlə Nizami Rəmzinin adını batıra bilməzlər. Gündə biri çıxıb deyir ki, mən Nizami Rəmzinin qızıyam. Məşhur olanda belə olur da... Məndə sabah çıxım deyim ki, Maykl Ceksonun qızıyam".
Heyran proqramın gedişatında bildirib ki, Reyhana dəfələrlə maddi dəstək olub:
"Mən milyonçu deyiləm. Əlimdən gələn köməyi ona etmişəm. Nizami Rəmzinin qızı olduğuna görə və mən də, bibim oğlu da ona yardımlar etmişik. Ehtiyacı olduğuna görə, o dəfələrlə qapımıza gəlib. Sonra o çıxıb müsahibə verdi ki, mənim heç kimim yoxdur. Nizami Rəmzidən sonra da mənim heç kimim yoxdur. Əgər məni "heç kim" sayırsa, fikirləşdim ki, bəlkə də o doğurdan da "heç kimdir"...
Mən niyə bu qadını atam Nizami Rəmzinin qızı kimi qəbul etməliyəm? Getsin DNT analizi versin. Nizaminin qızı belə söz deyə bilməz. Mən Nizaminin qızıyam, bacılarımı da, nəslimi də tanıyıram. Necə axı biz sənı yardım etməmişik? Müsahibə zamanı sevgilin haqqında danışıb, ağlayırsan və deyirsən ki, mənə kömək edən o və onun anası olub. Hansı ki, elə söhbət yoxdur. Onu bu vəziyyətə salan elə dediyi sevgilisi olub.
Onun sözlərindən belə çıxdı ki, sevgilisi oldu "krallar kralı" biz isə olduq "pislərin pisi". Ona görə də, getsin, DNT testi versin. O mənim bacım ola bilməz".
Qeyd edək ki, özünü Nizami Rəmzinin qızı kimi təqdim edən Reyhan narkotik asılılığından əziyyət çəkməsi və səfil həyatı yaşaması ilə bağlı bloger Nail Kərimli sosial şəbəkə hesabında məlumat paylaşıb. Bundan sonra o Reyhanı onun istəyi ilə reabilitasiya mərkəzlərinin birinə müalicəyə göndərib. Reyhan hazırda orada müalicə alır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





