“Atam onların evimizə gəlməsinə icazə verməyib” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərhum Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva efirdə atası ilə bağlı xatirələrini bölüşüb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda kamança ustadının övladı qonaq olduğu "O üz" verilişində danışıb.
Qızı mərhum sənətkarın kamançaya olan bağlığı və sevgisindən söz açıb:
"Yadımdadır ki, biz evdə olan zamanı atamın kamançası xarab olanda və ya ustaya ehtiyacı olanda o ustanı evə dəvət edirdi. Saatlarla, sutkalarla onun otağındakı qapı bağlı olurdu. İçəridə onlar kamança ilə əlləşirdirlər və onu düzəltməyə çalışırdılar. Bu məqamların şahidi olmuşam. Habil müəllim o istədiyi səsi və ifanı ala bilməyəndə həyatı sanki sönürdü. O yeməyini də unudurdu. Günlərlə öz otağına qapılırdı. Anam rəhmətlik qapını döyüb deyirdi ki, öldün acından... Amma Habil müəllim eşitmək istəmirdi və bunu görməməzlikdən gəlirdi. Yəni o dərəcə də buna alüdə olurdu".
Vəfa xanım bildirib ki, illər əvvəl H.Əliyevə sağlığında brilliant daşlarla bəzədilmiş kamança hədiyyə olub:
"Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdirlər. Amma ondan istifadə etmirdi. O kamança muzeydəki kimi evdə qalırdı. Onun özünün kamançası var idi və onda ifa edirdi. Əslində onun çaldığı kamança yox, "ürəyi" idi. Ona başqa kamançanı verib ifa etməsini istəyəndə o, bunu edə bilmirdi. Yalnız öz kamançasını istəyirdi. Habil müəllim çox kaprizli, çətin xasiyyətli, çox həssas insan idi...".
Habil Əliyevin qızı vurğulayıb ki, atası heç zaman sənət yoldaşlarını evinə dəvət etməyib:
"Bizim evimizə heç zaman incəsənət adamları gəlməyib. Buna o, heç zaman icazə verməyib. Atamın sənət dostları olub. Amma onlarla yalnız çöldə görüşüb. Atam heç zaman evə incəsənət adamlarını dəvət etməyib. Amma tək Ehtiram Hüseynov və Babək Niftəliyevi evimizə çağırıb. Çünki onlara öz övladı kimi baxıb. Bizim gördüyümüz elə onlar olub".
Qeyd edək ki, Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat edib. Ustad sənətkar Bakıda, I Fəxri Xiyabanda dəfn olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





